Bazar ertəsi, 23.12.2024, 08:12
İnformatikanın məktəbdə tədrisi
Baş səhifə Qeydiyyat Giriş
e-mail: informatik-az@mail.ru · RSS
Menyu
Fotoşəkillər
Kateqoriyalar
Metodik dəstək
Giriş forması
Sorğu
Müəllim kimi informatika dərslərində tez-tez istifadə edirəm:
Cavabların sayı: 9493
Faydalı keçidlər

  • ict.edu.az
  • ict.az
  • telekommunikasiya.edu.az
  • İnf-math.narod.ru
  • Millibyte.az
  • kayzen.az/blog/informatika
  • alqoritm.ucoz.org
  • mincom.gov.az
  • Facebook-da
    Təqdimatlar
    Statistika

    Onlayn: 7
    Ziyarətçilərin sayı: 7
    Qeydiyyatdan keçənlərin sayı: 0


     Rəsmi sənəədlər
    Baş səhifə » Rəsmi sənədlər » 2 » Metodik dəstək

    Kateqoriyada materialların sayı: 3
    Göstərilib: 1-3

    Müəlliflər: R.Mahmudzadə, İ.Sadıqov, N.İsayeva

    2-ci dərs

    Bu dərsdə siz Lazarus sistemində ilk proqramınızı yaradacaqsınız. Bu proqram çox sadə olacaq – heç nə etməyəcək. Onu yalnız açmaq və qapatmaq olar. Nəyisə açması üçün proqramın pəncərəsi olmalıdır, onu qapatmaq üçün isə uyğun düymə olmalıdır. Bundan başqa, proqram pəncərəsinə hansısa yazı da əlavə edəcəyik. Nəticədə şəkildə göstərilən (5.5) kimi bir şey alınacaq.   

    Metodik dəstək | Baxılıb: 2737 | Tarix: 06.07.2011

    Müəlliflər: R.Mahmudzadə, İ.Sadıqov, N.İsayeva

    1-ci dərs

    Dünyada müxtəlif vizual proqramlaşdırma mühitləri mövcuddur: Visual Basic, Delphi, Borland C++ Builder və s. Bunların hər birinin öz proqramlaşdırma dili var. Məsələn, Visual Basic mühiti Basic, Delphi mühiti Pascal, Borland C++ Builder mühiti C++ proqramlaşdırma dilinə əsaslanır. Bu proqramlaşdırma mühitlərinin hər biri çox güclü sistemlərdir, ancaq onların hamısı kommersiya məhsullarıdır. Başqa sözlə, onlardan qanuni yolla istifadə etmək üçün müəyyən məbləğ ödənilməlidir. Buna görə də, getdikcə dünyanın bir çox ölkələrinin təhsil sistemində sərbəst (havayı) yayılan proqram məhsullarından istifadəyə üstünlük....
    Metodik dəstək | Baxılıb: 5387 | Tarix: 23.06.2011

    İsayeva N.R.
     Bakı ş., 283 saylı məktəb


    Bu gün Azərbaycanda tam orta məktəblərinin qarşısında yeni məqsəd durur – şagirdlərdə informasiya mədəniyyəti və kompüter savadlılığını formalaşdırmaq.
    Lakin şagirdlərdə informasiya mədəniyyətinin formalaşdırılması onların  informasiya-komunikasiya texnologiyalarından savadlı istifadə vərdişlərinə 
    əsaslanır.

    Müasir məktəbi yeni informasiya texnologiyaları olmadan təsəvvür etmək olmur. Cəmiyyət inkişaf etdikcə fərdi kompüterlər və digər texnologiyalara olan tələbat da artır. Ona görə də müasir şərait şagirdlərin kompüter savadlılığının bünövrəsinin məktəbin ibtidai siniflərindən qoyulmasını tələb edir.

    İKT bilik və bacarıqlarına mükəmməl yiyələnməyin ən yaxşı yolu onun orta məktəbdən başlanmasıdır. Təhsilin ibtidai siniflərdən İKT əsasında qurulması şagirdlərin gələcəkdə savadlı kadr kimi yetişməsində mühüm rol oynaya bilər.

     İbtidai siniflərdə İKT-nin tətbiqi şagirdlərdə ətraf aləmi informasiya baxımından təhlil etmək müvafiq nəticələr çıxarmaq bacarıqlarının formalaşdırılmasına imkan yaradır. İnformasiya ilə işləmək bacarığı müxtəlif praktiki üsullara bələd olmağa, həmçinin, müasir texniki vasitələrlə informasiya mübadiləsi aparmağa  kömək edir.

    İKT-nin dərslərdə tətbiqi təlimin motivasiyasını gücləndirir, şagirdlərin dərketmə fəaliyyətini aktivləşdirir.

    Dərslərdə İKT-dən istifadə dərslərin yüksək estetik və emosional səviyyədə keçirilməsinə imkan verir, əyaniliyi təmin edir, böyük həcmdə didaktik materialların cəlb edilməsinə kömək edir, bu isə öz növbəsində bir dərsdə şagirdlərlə görülən işin həcmini bir neçə dəfə artırır, şagirdlərə diferensial yanaşmanı təmin edir.

    İKT-nin tətbiqi şagirdlərdə müstəqil işləmək, şagirdlərin tədqiqat aparmaq imkanlarını genişləndirir, ən əsası isə,  təhsilin keyfiyyətinin artmasına gətirib çıxarır.

    Müəllimin dərslərdə elektron resurslardan istifadə etməsi şagirdlərdə tədrisə müsbət münasibət formallaşdırır, onların dərslərdə emosional durumunu yaxşılaşdırır. Hal hazırda məktəblərdə müəllimlər özləri elektron resursları bir neçə üsulla hazırlayırlar və dərslərdə onlardan istifadə edirlər.

    Ən geniş yayılmış üsul – ibtidai sinif dərslərində multimedia təqdimatlarından istifadə edilməsidir. Burada olan multimedia elementləri - animasiya, mətn, şəkil, səs və digər komponentlər təlimin müsbət nəticələrinə güclü təsir göstərir. Təqdimatlardan istifadə edilməsi müasir dərslərin əsas cəhətlərindən olan – dərslərin cəlbedici olmasını təmin edir. Təqdimatlar nəticəsində dərslərdə fəallığı ilə çox da seçilməyən şagirdlər də aktivləşir, müzakirələrdə iştirak edir və öz fikirlərini sərbəst olaraq ifadə edirlər.

    Tədrisin professional keçirilməsi üçün lazımlı materialların axtarışına və hazırlanmasına müəllimlər müəyyən vaxt sərf edirlər. MİMİO İnteraktiv lövhələri dərsləri daha maraqlı edir və keçilən materialın şagird tərəfindən daha yaxşı qavranmasına şərait yaradır.

    Rənglərin müxtəlifliyi müəllimə, vacib məqamları ayıraraq onlara diqqəti cəlb etmək, ümumi fikirləri əlaqələndirmək və ya onların fərqini göstərmək, eləcə də düşüncə istiqamətini nümayiş etdirməyə imkan yaradır.

    Mən hesab edirəm ki, tədris prosesində İKT-nin tətbiqi təlimin ən vacib məqsədlərindən olan – bilik və bacarıqlara yiyələnmə səviyyəsinin yüksəldilməsini təmin edir.

    Metodik dəstək | Baxılıb: 2433 | Tarix: 18.03.2011

    Copyright İsaNaida © 2024
    PYTHON 3.4
    ALPLogo
    Info-Ko
    Fəxr edirik


    Elan
    Bölmələr
    MÜSABİQƏ
    Azərbaycanda İKT
    Axtarış