ALPLogo - 2024 proqramlaşdırma olimpiadasının tapşırıqları
Tapşırıq (5-6 siniflər) | |
Tapşırıq (7 siniflər) |
Başlama vaxtı: 10-00
Bitmə vaxtı: 13-00
"ALPLogo" proqramlaşdırma olimpiadası barədə məlumat
İştirakçı verilmiş məsələlərin həlli üçün proqram kodunu LOGO dilində yazmalıdır. Bunun üçün ALPLogo proqramlaşdırma mühitində istifadə olunur. Tapşırıqların yerinə yetirilməsinə maksimum 3 saat vaxt ayrılır. Zaman bitdikdən sonra işlər göstərilmiş ünvana göndərilməlidir. İşlər ekspertlər tərəfindən qiymətləndirilir.
Qeyd: proqram icra olunandan sonra alınmış təsvirdə iştirakçı haqqında məlumat olmamalıdır!
Qiymətləndirmə meyarları
Hər tapşırıq ayrıca qimətləndirilir (0 - 10 bal arası)
1. Məsələnin şərtinə uyğunluq (məsələn, əgər tapşırığın şərtində dövr komandasından istifadə edilməsi barədə qeyd eddilibsə, proqram kodunda dövr komandası olmalıdır)
2. Proqram nəticəsinin verilmiş şəklə uyğunluğu
3. Proqram kodunda istifadə olunan komandaların sayı
İşlərin kompüterdə saxlanılması
Hər şagird iş masasında öz ad, soyad və məktəbin adından ibarət qovluq yaratmalıdır. Məsələn, Məmmədov Məmməd-226məktəb. Proqram kodlarını (alplogo fayllarını) həmin qovluqda müvafiq M1, M2, M3 kimi saxlamalıdır.
Müsabiqəyə qatılan iştirakçıların nəzərinə!
İşlər M1, M2, M3 adı ilə şagirdin yaratdığı qovluqda (qovluğun adı şagirdin və məktəbin adından ibarət olmalıdır) .alp uzantısı ilə saxlanılmalıdır. Qovluq arxiv şəklində alplogo-az@mail.ru ünvanına göndərilməlidir.
Regionlardan müsabiqyə qatılan mərkəz rəhbərlərinin nəzərinə!
Müəllim şagirdlərin bütün qovluqlarını bir qovluğa yığıb, ona REGİON (məsələn, İSMAYILLI) adını verir, daha sonra qovluğu arxiv şəklində alplogo-az@mail.ru poçt ünvanına göndərməlidir.