Bazar, 22.12.2024, 17:19
İnformatikanın məktəbdə tədrisi
Baş səhifə Qeydiyyat Giriş
e-mail: informatik-az@mail.ru
Menyu
Fotoşəkillər
Giriş forması
Sorğu
Müəllim kimi informatika dərslərində tez-tez istifadə edirəm:
Cavabların sayı: 9492
Faydalı keçidlər

  • ict.edu.az
  • ict.az
  • telekommunikasiya.edu.az
  • İnf-math.narod.ru
  • Millibyte.az
  • kayzen.az/blog/informatika
  • alqoritm.ucoz.org
  • mincom.gov.az
  • Facebook-da
    Təqdimatlar
    Statistika

    Onlayn: 2
    Ziyarətçilərin sayı: 2
    Qeydiyyatdan keçənlərin sayı: 0


     Sual-cavab
    Baş səhifə » FAQ [ Sual vermək ]


    8-ci sinifin dərsliyində 5 praktiki iş verilib. Bu əlbəttə ki azdır. Mümkün qədər, şagirdləri kompüterdə işlətmək lazımdır. "Proqramlaşdırma" bölməsini tədris edərkən şagirdlər kompüterdə LOGO mühitində işləyə bilərlər. Bu şagirdlərə icraçılara komandalar verib - nəticə görməyə imkan verəcək, həm də proqramlaşdırmaya həvəs oyandıracaq. İnternetdə pulsuz proqramlar tapmaq olar : "Robot", "Чертежник". Bu proqramların mühitində icraçıları müəyyən komandaları verməklə, idarə etmək olur.
    Əgər məktəb İnternetə qoşulub, onda "kommunikasiya texnologiyaları" bölməsini keçərkən yenə dərsləri İnternetdən istifadə etməklə təşkil etmək olar. Şagirdlər axtarış sistemlərdən istifadə edib, müəllim tapşırdığı materiallar tapa bilər, hər şagird özü üçün e-mail aça bilər, həm də bir-biri ilə məktublaşa bilər.

    İbtidai siniflərdə İnformatika dərslərini  İKT  və fəal təlim kurslarından keçmiş ibtidai sinif müəllimləri tədris etməlidir. Əgər ibtidai müəllimin peşəkarlığı buna imkan vermirsə, onda 1-4 siniflərdə İnformatika dərslərini  informatika müəllimi tədris edə bilər.

    Əlbəttə, məktəbdə kompyuterlərin olması informatika fənninin tədrisinə çox kömək edir. Demək olar ki, əlavə əyani vəsaitə ehtiyac qalmır ( proyektor, smart lövhələr istisna olmaqla). Lakin əgər hansısa məktəbdə kompyuterlər yoxdursa və ya onların sayı azdır, onda müəllim  informatika dərslərini kompyutersiz keçirilməsini təşkil etməlidir. Bunun üçün otaqda əyani vəsaitlər, plakatlar olmalıdır. Əlbəttə, bəzi mövzuları keçərkən, dərsin keyfiyyəti az olacaq, amma çalışmaq lazımdır ki, şagirdlərin kompyuterin tərkib hissələrindən məlumatı olsun, klaviaturanın klavişlərini tanısınlar, əsas klavişlərin təyinatını bilsinlər, hətta, dərsə klaviatura, siçan qurğusunu gətirib, şagirdlərə onlarla işləməyi öyrətmək olar.


    Mən hesab edirəm ki, məktəbdə informatika dərslərində proqramlaşdırmanı keçmək - gələcəkdə proqramist olmaq demək deyil. Məktəbdə şagirdlərə əsas ilkin biliklər verilir. Proqramlaşdırmanın keçirilməsinin əsas məqsədi - şagirdlərdə alqoritmik təfəkkür formallaşdırmaqdır. Fərgi yoxdur hansı dil onun üçün istifadə etmək - Pascal, Delfi, və ya Basic. Ən əsası odur ki, şagird ona verilmiş sadə məsələnin həlli alqoritmini tərtib etməyə bacarsın. Pascal proqramlaşdırma dili məhz onun üçün 1971-ci ildə yaradılmışdır. Hal hazırda bizim məktəblərimizin 9-ci siniflərində bu dilin əsasları tədris olunur. Çeşidləmə məsələləri, massivlərlə iş, ədədin rəqəmlərinə aid məsələlər kompyuterin imkanlarını - sürətlə işləməsini, böyük həcmdə variantlardan birini seçilməsi və s. çox yaxşı göstərir. Misalları nə qədər düzgün seçilsə, bir o qədər də şagirdlərdə proqramlaşdırmaya maraq oyanacaq.
    Bir məqam da var. Əgər müəllim  proqramlaşdırmanı bilmir və həm də öyrənmək istəmirsə, onda o çətinliklə şagirdlərə onun mahiyyətini başa sala bilər.

    Onun üçün  vəsait  və Beynəlxalq olimpiadaların məsələləri ilə tanış olan professional müəllim kadrları lazımdır. Çox təəssüf ki, Respublikamızda hal-hazırda İnformatika Beynəlxalq Olimpiadasına istedadlı şagirdləri bir neçə müəllim hazırlayır. Mən hesab edirəm ki, bu iş Təhsil Nazirliyi səviyyəsində təşkil olunmalıdır və şagirdlərlə sistematik  onun üçün ayırılmış müəllimlər məşğul olmalıdır.


    Saytın "Proqramlaşdırma" bölməsində proqramlaşdırma saytlarına istinadlar verilib. Saytların çoxusunda məsələlər sadədən mürəkkəbə doğru yerləşdirilib. Məsələni həll edərkən, onun həlli alqoritminə (proqram koduna) baxa bilərsiniz, və hətta, elə saytlar var ki http://acmp.ru/ , http://acm.timus.ru/   -  onlara göndərilmiş proqram on-line yoxlanılır və  cavab göndərilir. Saytda proqramlaşdırma dillərini müstəqil öyrənmək üçün elektron kitablar yerləşdirilib. Siz onları öz kompyuterinizə yükləyib, dili öyrənib, həmin dildə proqramlar tərtib edə biərsiniz.

    Biz çevik və sürətlə dəyişən dünyada yaşayırıq. Hər bir insan istəyindən asılı olmayaraq, informasiya proseslərində iştirak edir.  Onun üçün də hər kəs informasiyanın böyük axınına hazır olmalıdır və informasiyanın savadlı istifadəsini təşkil etməlidir. Azərbaycan digər ölkələr kimi informasiya cəmiyyəti qurur. Uşaqların informasiya cəmiyyətində yaşamağa psixoloji hazırlıqı məktəbin ilk günlərindən başlamalıdır. Bununla bərabər şagirddə alqoritmik təfəkkür və məntiqi düşüncə formallaşdırmaq çox vacibdir.

    Nəzərə alsaq ki, intellektin ən intensiv inkişafı  kiçik yaşlarda (6-7 yaş arası) daha yaxşı gedir, informatikanın tədrisi də bu yaşlardan başlamalıdır. Uşaqların bu yaş dövrlərində əyani-obrazlı təfəkküri  söz-məntiqli təfəkkürlə əvəz olunur, yaddaşları təkmilləşir, hər obyektə differensial yanaşma müəyyən olunur. Yuxarı siniflərdə alqoritmik təfəkkürün təməlini qoymaq artıq gecdir. Ona görə də informatikanın tədrisi yuxarı siniflərdən aşağı siniflərə keçirilib.


    İnformatika üzrə keçirilən Beynəlxalq  olimpiadaların məsələləri Respublika, şəhər olimpiada turlarının məsələlərindən xeyli fərqlənir. Xüsusi hazırlıq olmadan, müstəgil kitablarda, veb-səhifələrdə verilmiş məsələlərin alqoritmlərini qurmaqla Beynəlxalq olimpiadasına hazırlaşmaq çox çətindir.

    Əlbəttə, kompüter olmasa, informatikanı tədris etmək çətindir. Lakin nəzərə alsaq ki, informatika fənnin məzmunu iki əsas hissədən ibarətdir - nəzəri və praktiki, onda belə vəziyyətdə ancaq nəzəri hissəsi tədris olunur. Tədbiqi proqramlar da şifahi öyrədilir. Əgər məktəbin yaxınlığında İnternet klub və ya kompüter mərkəzi varsa, şagirdləri ora aparıb, praktik məşğələləri həmin yerlərdə aparmaq olar. Bəzi şagirdlərin evlərində kompüter varsa, praktiki işləri ev tapşırığı kimi evə də vermək olar. Şagirdlər evdə tapşırığı yerinə yetirib, onu fleş-yaddaşa yazıb, məktəbə gətirə bilərlər. Müəllim işlərə baxıb, qiymətləndirir.


    Yaxşı informatika müəllimi olmaq üçün daim öz üzərinizdə işləmək lazımdır. İnformatika fənni digər fənlərdən fərqli olaraq sürətlə inkişaf edir. Bu gün aktual olan material, sabah köhnəlir, bu gün biz müəyyən tətbiqi proqramlarda işləyirik, sabah isə yeni proqramlar çıxır və onları da öyrənmək lazım gəlir. Proqramlaşdırma dilləri sürətlə təkmilləşir, təzələnir və təbii ki, köhnəlir.
    Bir neçə il əvvəl məktəblərdə Basic dilinin əvəzinə Pascal dilini tədris etməyə başladıq. Bu gün Pascal sürətlə köhnəlir və bu dildə proqramlaşdırmaq istəyənlər getdikcə azalır. Rusiya, Qazaxstan məktəbləri artıq C və Delphi dillərinə keçmişlər.
    Bir sözlə, informatika müəllimi daim yeniliklərin içində olmalı və daim yeni məlumatlar əldə etməlidir. Bunun üçün İnternetdən istifadə etmək, Facebook-da "İnformatika müəllimləri" qrupun üzvü olmaq, informatik.az saytının məlumatlarını izləmək, kitab mağazalarında yeni çıxan İKT-ə aid kitablar əldə etmək lazımdır.
    Biz bu məqsədlə saytımızda çoxlu faydalı linklər yerləşdirmişik. Bu saytlarda yeni, maraqlı və  lazımlı informasiyalar əldə etmək olur. Biz özümüz də yeni məlumatları  bu saytlardan əldə edirik.
    Saytımızda çoxlu sayda elektron dərsliklər yerləşdirilib. Onları öz kompüterinizə endirib, oxumaq və tanış olmaq lazımdır.
    Biz həmişə sizin suallarınıza cavab verməyə və məmnuniyyətlə, öz təcrübəmizlə bölüşməyə hazırıq.
    Yazın, soruşun. Bir-birimizlə əlaqə saxlayaq.
    Sual verdi: Seide

    Pascal dilinə və proqramlaşdırmaya aid kitabları (rus dilində) saytın "Elektron kitablar"  və "İnformatika fənn olimpiadası" bölmlərindən yükləyə bilərsiniz.
    Sual verdi: səmihə

    HTML dilinə aid bütün teqlərin izahatını HTML dilinə aid müxtəlif kitablardan  əldə edə bilərsiniz və ya İnternetdə "язык HTML" sorğusunu versəniz, çoxlu veb-səhifələrə istinadlar çıxacaq.
    Buradan HTML dilinə aid (azərbaycan dilində) tədris vəsaitini yükləyə bilərsiniz.
    HTML əsasları
    Sual verdi: Elxan

    MS-DOS sistemində istənilən faylın səhifələmək üçün more komandasından istifadə edilir. Səhifələməni saxlamaq üçün CTRL+C komandasını vermək lazımdır.
    Sual verdi: Cavid

    Bu dil barədə məlumat istəyirsinizsə, e-mail i mənə göndərin, mən sizə bu ünvana "C++ для чайников" kitabı göndərim.
    Sual verdi: ayse

    Bütün layihələrin necə hazırlanması 11 sinif dərsliyində verilib. Layihəni təqdim etmək üçün PowerPoint və ya digər proqramından istifadə etmək olar.
    Sual verdi: Fuad

    Səbəb, çox guman ki, qurğunun drayverindədir. O, kompyuteri digər elektroqidalanma vəziyyətinə keçirdə bilmir.
    Məsləhətdir drayveri  təzələmək və ya pozub, yenidən quraşdırmaq. Çox vaxt bu problem fayl sistemin drayveri ilə bağlı olur (file system filter driver). Ola bilsin ki, o, müəyyən antivirus proqramı vasitəsilə quraşdırılmışdır.
    Sistemin drayverlərini yoxlamaq üçün bu linkdən istifadə edin.
      http://www.outsidethebox.ms/9948/


    Videodərslər youtube.com saytında yerləşdirilib. Həmin sayta keçib, dərsin link-nın surətini çıxarıb, yeni vkladka açıb, ünvanı yazın və  ünvanın əvvəlinə ss yazın, məsələn:

    http://www.youtube.com/watch?v=je4QciUGkPk&feature=player_embedded

    http://www.ssyoutube.com/watch?v=je4QciUGkPk&feature=player_embedded

    Açılan səhifədə videonun formatını seçib, kompyuterinizdə saxlaya bilərsiniz.

    İnformasiyanın qanunsuz istifadəçilərdən qorunması məqsədi ilə çevrilməsi metodlarının işlənməsi ilə kriptoqrafiya məşğul olur. «Kriptoqrafiya» sözü yunan dilində kriptos (kryptos) «gizli» və (grapho) «yazı» sözlərindən yaranmışdır. Bu terminin menası kriptoqrafiyanın tarixən birinci məsələsini ifadə edir vacib məlumatı gizli saxlamaq.  Kriptoqrafiya ötürülən melumatları "gizlətmir", onları düşmənin anlaması qeyri-mümkün olan şəklə çevirir. Bu halda ele keçirilmiş melumatda düşmən işarələrin qarışıq yığınını görür, məlumatın mənası ona aydın olmur.
    Sual verdi: Leyla

    Diskdə AUTORUN.INF faylı pozulub.
    Əgər faylı açmaq istəyəndə, sizdə müəyyən dialoq pəncərəsi açılır, deməli bu faylı yaradan proqram kompüterinizdə yoxdur və ya  bir neçə proqram var ki, bu tipli faylı aça bilir və sistem sizdən proqramı seçməyə xahiş edir.
    Birinci halda lazımlı proqramı kompüterinizə yükləyin. İkinci vəziyyətdə isə siyahıdan lazımlı proqramı tapın və kiçik boksda quş qoyun ki,sistem həmişə belə fayları bu proqramla açsın.
    Sual verdi: Sefa

    Total Commander - Windows-un brauzerini (provodnik) əvəz edən proqramdır. Bu proqram fayl və qovluqları açmaq, yerini dəyişmək. silmək, tapmağa kömək edir.
    Sual verdi: Sefa

    Bu səhifəyə baxın. http://sergeytroshin.ru/articles/cd-autorun/
    Sual verdi: Sefa

    Rus dilində instruksiya var. Yükləyə bilərainiz.http://www.instruktor-msk.ru/balbe/1185-rukovodstvo-po-total-commander.html
    Sual verdi: Samire

    Fəal təlimdə qiymətləndirmənin aparılması haqqında informatika dərsliklərinin (1-5) metodik vəsaitlərinin girişində oxuya bilərsiniz. 
    Sual verdi: Nigar

    Resursu saytda yerləşdirmək üçün, informatik-az@mail.ru ünvanına göndərin.
    Sual verdi: Aynur Abdurrahmanova

    1. Əvvəla sizin kompüterinizdə bluetooth qurğusunu olub-olmamağını müəyyən edin. Noutbukların elə modelləri var ki, onlar bu texnologiyanı dəstəkləmir.
    2. Bluetooth drayverini sizin kompüterinizdə olub-olmamasını yoxlayın: quraşdırılıb ya yox. Əgər drayver quraşdırılıb, iş masasında xüsusi yarlıq əks olunur - adətən göy rəngdə. Əgər kompyuterinizdə bluetooth drayveri yoxdursa, İnternetdə noutbukun modelinə görə tapın və yükləyin. Sonra isə kompüterdə quraşdırın.
    3. Əgər iş masasında bluetooth-un yarlığı varsa, iki dəfə onu çıqqıldadın. Açılır pəncərə və orada "Поиск устройств" düyməsinini basın. Həmin vaxt sizin telefonun və ya digər qurğunun bluetooth-u açıq olmalıdır.  30 m  məsafədə olan bütün bluetooth-u açıq olan qurğular müəyyən olunacaq. Lazimi qurğunu tapın və ok basın. Bəzi hallarda sizdən həmin qurğunun kodunu daxil etməyə xahiş olunacaq.
    4. Kompüterdən istədiyi faylı göndərmək üçün onun üstündə sağ düyməni basın və "Отправить- bluetooth" komandalarını verin.

    Sual verdi: gunay

    Bəli. Kompüterlər ilk öncə Elektron-hesablama maşınlar - EHM adlanırdı.
    Maşın dedikdə, enerjini, materialları, informasiyanı emal edən bir mexanizm, qurğudur. Kompüter informasiya ilə işləyir və elektrik  cərəyyanından istifadə edərək, qəbul olunmuş informasiyanı, yəni verilənləri emal edir. Deməli, kompüter də maşındır.
    Sual verdi: ferid

    İxtiyarı bir yarlığın üstündə sağ düyməni basın. Açılan menyudan открыть с помощью (nəyin köməyi ilə açmaq) sətri seçin. Verilmiş proqram siyahısından explorer.exe tapın. O, adətən C lokal diskinin Windows qovluğunda yerləşir. ok düyməsini basın.
    Əgər alınmasa, ПУСК-Выполнить komandaları verin və sətirdə assoc.lnk=lnkfile yığın və ok basın. Düzəlməlidir.
    Sual verdi: Elvin

    Orta məktəblərdə informatika fənnini Ali məktəbi bitirmiş və "informatika müəllimi" ixtisasını alan  şəxslər tədris edə bilər.
    Sual verdi: Məhəbbət

    Siz bu səhifədə ətraflı məlumat ala bilərsiniz: http://vbrus.narod.ru/PascalInfo3.htm#40
    Sual verdi: inci

    "Qiymətləndirmə" bölməsində baxa bilərsiniz.
    Sual verdi: muqavil (muqavil)

    Avtomatik 50 simvol üçün sahə ayrılır. Amma siz bu qiyməti dəyişə bilərsiniz.
    Sual verdi: Ayten

    Camtasia Studio, Adope Premier kimi proqram məhsullardan istifadə etmək olar.
    Sual verdi: Ayten

    65000 çox. Amma o qədər vərəq yaratmaq məsləhət deyil. Siz yaradılmış faylı çətinliklə açacaqsınız.
    Sual verdi: Aytən

    Maqistr jurnalında çıxacaq.
    Sual verdi: Selen

    Onun üçün xüsusi alət nəzərdə tutulur. O, "push/pull" alətinin sağ tərəfində yerləşir.
    Sual verdi: Ezizxan

    Dərslikdə verilən proqramlar düzgün yazılıb. Sadəcə "=" və digər işarələrin yanında boşluqlara diqqət yetirin.
    Sual verdi: aida

    İnsanlar isti və soyuq suyun, havanın temperaturunu dəri ilə hiss edirlər. Onlar daktil informasiya alırlar.

    ALPLogo proqramını buradan yükləyə bilərsiniz: http://www.informatik.az/proqram_soft/a1-5.rar
    Sual verdi: agazade resad

    Bəbirin Lazarus proqramına heç bir aidiyyəti yoxdur. Sadəcə bəbir proqramın emblemidir.
    Sual verdi: vusal

    Bəli, olar. Bu halda şagirdlərin kompüterdə işlədiyi fayylar onların adı ilə saxlasanız bir yerdə, daha yaxşı olar.
    Sual verdi: Nigar

    Proqramın lisenziya vaxtı bitib. Yenidən lisenziyanı almalısınız (adətən 1 illik olur).
    Sual verdi: celal

    Salam. Əgər sizin övladınız elektron məktəbdə oxuyursa, onda onun kodu vasitəsi ilə övladınızın qiymətləri ilə tanış ola bilərsiniz.
    Sual verdi: Nigar

    2013-2014-ci tədris ili üçün 6-ci siniflər üçün  Kurikulum əsasında hazırlanmış yeni dərslik təqdim ediləcək. Dərsliyin elektron versiyasını  avqust ayında saytdan yükləyə bilərsiniz.
    Sual verdi: Nigar

    1-50 51-64
    Copyright İsaNaida © 2024
    PYTHON 3.4
    ALPLogo
    Info-Ko
    Fəxr edirik


    Elan
    Bölmələr
    MÜSABİQƏ
    Azərbaycanda İKT
    Axtarış