12 noyabr 2011-ci il tarixdə İnformasiya Texnologiyaları İnstitutunda Ukrayna Respublikasının ali məktəb tələbələrini Beynəlxalq Proqramlaşdırma Olimpiadasına hazırlayan proqramçı Mixayıl Medvedevlə görüş keçirilib. Medvedev Qafqaz Universitetinin rəhbərliyi tərəfindən həmin universitetinin olimpiya komandasına master-klass keçmək üçün Bakıya dəvət olunub.