Bazar, 22.12.2024, 22:35
İnformatikanın məktəbdə tədrisi
Baş səhifə Qeydiyyat Giriş
e-mail: informatik-az@mail.ru · RSS
Menyu
Fotoşəkillər
Kateqoriyalar
Əmrlər və qanunlar
Giriş forması
Sorğu
Müəllim kimi informatika dərslərində tez-tez istifadə edirəm:
Cavabların sayı: 9493
Faydalı keçidlər

  • ict.edu.az
  • ict.az
  • telekommunikasiya.edu.az
  • İnf-math.narod.ru
  • Millibyte.az
  • kayzen.az/blog/informatika
  • alqoritm.ucoz.org
  • mincom.gov.az
  • Facebook-da
    Təqdimatlar
    Statistika

    Onlayn: 5
    Ziyarətçilərin sayı: 5
    Qeydiyyatdan keçənlərin sayı: 0


     Rəsmi sənəədlər
    Baş səhifə » Rəsmi sənədlər » 1 » Əmrlər və qanunlar

    Magistrlar üçün İnformatika fənninin proqramı

    İNFORMATİKA

     

    1. İnformatika və onun əsas anlayışları

    İnformatika elmi, onun predmeti və tərkib hissələri. İnformasiya, onun xassələri, formaları və təsvir üsulları. İnformasiya prosesləri (ötürülməsi, qəbulu, saxlanması və emal olunması). İnformasiya miqdarının ölçü vahidləri. İnformasiyanın kodlaşdırılması. Say sistemləri. Natural ədədlərin onluq say sistemindən digər say sistemlərinə və əksinə keçid üsulları.

     

    2. Kompyuter və onun texniki təminatı

    EHM, onun yaranması və inkişaf mərhələləri. EHM-in arxitekturası və ümumi quruluş prinsipləri. EHM-in müxtəlif əlamətlərə görə təsnifatı.

    FK-nın təsnifatı. FK-nın iş prinsipi. Kompyuterin tərkib hissələri. FK-nın əsas qurğuları (sistem bloku, monitor, klaviatura, maus) və onların təyinatı. Daxili və xarici yaddaş qurğuları. Periferiya qurğuları.

     

    3. Alqoritmləşdirmənin əsasları

    Məsələlərin kompyuterdə həll mərhələləri. Alqoritm, onun əsas xassələri və təsvir üsulları. Alqoritmin tipik strukturları: xətti, budaqlanan və dövri alqoritmlər.

     

    4. Proqram təminatı (PT)

    Sistem proqram təminatı. Tətbiqi proqram təminatı. İnstrumental proqram sistemləri.

     

    5. Əməliyyat sistemləri (ƏS)

    ƏS-nin ailələri (MS-DOS, Linux, MacOS, Windows) və versiyaları, onların funksiyaları və təsnifatı. Fayl və onun əsas xarakteristikaları. Fayl sistemləri.

     

    6. MS Windows əməliyyat sistemi

    MS Windows XP ƏS-nin təyinatı, onun əsas xarakteristikaları. MS Windows XP sisteminin əsas elementləri (fayl, qovluq, qısayol (shortcut), pəncərə, tapşırıqlar paneli və s.). İş masası və onunla iş. Pəncərənin quruluşu və növləri. Baş menyu, sistem və kontekst menyuları. Fayl və qovluqlar üzərində əməliyyatlar. Obyektlərlə iş üçün mübadilə buferi. MS Windows XP-də əsas standart proqramlar.

     

    7. Mətn redaktorları və prosessorları

    Mətn redaktorlarının təyinatı və təsnifatı. Microsoft Word 2003 mətn prosessoru haqqında ümumi məlumat. Microsoft Word 2003 prosessorunda mətnin fraqmentləri üzərində əməliyyatlar. Mətnin daxil edilməsi, redaktə olunması, formatlaşdırılması, yaddaşda saxlanılması və çap edilməsi. Cədvəl və diaqramların qurulması. Düsturların daxil edilməsi. Word mətn prosessorunun qrafik imkanları.

     

    8. Cədvəl prosessorları

    Cədvəl prosessorlarının təyinatı və təsnifatı. MS Excel 2003 cədvəl prosessoru. MS Excel 2003–ün pəncərəsi. İş kitabı ilə iş. Elektron cədvəllərlə iş. Düsturların daxil edilməsi və redaktəsi. MS Excel 2003-ün funksiyaları (Statistical: AVERAGE, COUNT, COUNTA, MAX, MIN. Logical: AND, OR, NOT, IF, TRUE, FALSE. Math & Trig: SIN, COS, ABS, EXP, FACT, POWER, PRODUCT, SUM) və onlardan istifadə qaydaları. MS Excel 2003-də diaqramların qurulması, redaktəsi və formatlaşdırılması. Siyahılarla iş. Verilənlərin nizamlanması, süzgəclər.

     

    9. Elektron təqdimatlar

    Power Point 2003 proqramı ilə işin əsasları. Təqdimatların təşkilinin mərhələləri və vasitələri. Təqdimatların hazırlanmasında ilkin informasiyanın yığılması. Təqdimatların formaları. Təqdimatın strukturu (başlanğıc, əsas hissə, son). Təqdimatın redaktəsi və təşkili üsulları. Slaydlarla iş. Slaydın xarici forma və məzmununun təyini və təşkili. Slaydlara xüsusi effektlərin (animasiya, səs, video, diaqram, loqotip və s.) əlavə edilməsi. Təqdimata baxış rejimləri. Təqdimatın nümayişi.

     

    10. Verilənlər bazası.Verilənlər bazasını idarəetmə sistemləri

    VB anlayışı və struktur elementləri. VB-ni idarəetmə sistemləri (VBİS), onların funksiyaları və növləri. Verilənlərin modelləri (iyerarxik, relyasion, şəbəkə).

    MS ACCESS 2003-də VB-nin təşkili üsulları (VB ilə iş rejimləri, VB-nin obyektləri, VB-nin layihələndirilməsi). Sahə və verilənlərin tipləri. Verilənlərlə iş. Yazının daxil edilməsi və redaktəsi. İnformasiyanın axtarış şərtləri: məntiqi qiymət, əməliyyat, ifadə. Verilənlərin nizamlanması.

     

    11. Kompyuter qrafikasının əsasları

    Kompyuter qrafikasının əsas anlayışları. Kompyuter qrafikasının növləri (rastr, vektor, üçölçülü). Rastr və vektor qrafikası ilə işin əsasları. Qrafik redaktorlar haqqında ümumi məlumat. Qrafik faylların formatları.

     

    12. Kompyuter şəbəkələri

    Kompyuter şəbəkələrinin təyinatı və təsnifatı. Kompyuter şəbəkələrinin aparat təminatı. Əsas anlayışlar. Fayl-server, kliyent-server texnologiyaları. Lokal şəbəkələrin topologiyaları. Token Ring, Arcnet, FDDI və Ethernet texnologiyaları.

     

    13. İnternet qlobal şəbəkəsi

    İnternetin qısa tarixi. İnternetin fəaliyyətinin əsasları. Açıq sistemlərin qarşılıqlı əlaqəsi (OSI) modeli haqqında anlayış. TCP/IP protokolları. İnternetdə resursların ünvanlaşdırılması. Domen adlar xidməti (DNS). İnternet informasiya xidmətləri: e-mail, FTP, Telnet, Usenet, WWW(Web-sənəd, HTML və HTTP anlayışları). İnternetə bağlantı üsulları. Mobil rabitə və İnternet. Brauzerlər. Axtarış sistemləri. Sosial şəbəkələr.



    ƏDƏBİYYAT

    1. S.Q.Kərimov, S.B.Həbibullayev, T.İ.İbrahimzadə. İnformatika. Ali
    məktəblər üçün dərslik. Bakı, 2009.
    2. Əliyev A.Y. İnformatika və proqramlaşdırma. Bakı, Mütərcim, 2008.
    3. Əliyev Ə.Ə., Əliyev A.Y.,Kazımov C.K. İnformatikanın əsasları.
    Bakı, Mütərcim, 2009.
    4. Mehdiyeva Q.Y., Əliyev A.Y., Piriverdiyev V.Ə. Proqramlaşdırma
    üzrə məsələlər. Bakı, Bakı Universiteti, 2004.
    5. Мехтиева Г.Ю., Алиев А.Ю., Пиривердиев В.А. Практикум по
    программированию. Баку, Бакинский Университет, 2004.
    6. Ə.M.Abbasov, R.A.Quliyev, Ə.K.Kərimov, M.H.Azadova. MS Access.
    Dərs vəsaiti, Bakı, 2005.
    7. Abbasov Ə., Əlizadə M., Seyidzadə E., Salmanova M. İnformatika və
    kompyuterləşmənin əsasları. Bakı, «Elm», 2005.
    8. Информатика. Базовый курс: Учебник вузов / Под ред. С.В.
    Симоновича. СПб.: Питер, 2002.
    9. Xəlilov M. İnformatika. Bakı, 2009.
    10. İbrahim-zadə T., Sərdarov Y. Kompyuter şəbəkələrinin əsasları və
    proqram təminatı. Bakı, 2008.
    11. Abasov B. Microsoft Access verilənlər bazasının idarəetmə sistemi.
    Bakı, 2009.
    12. «Информатика для экономистов». Учебник. Под ред. проф.
    В.М.Матюшка. М., ИНФРА-М, 2006.
    13. F.O. Məmmədov "Microsoft Windows XP sistemi” I, II hissə
    .OKA nəşriyyatı, Bakı, 2009.
    14. F.O.Məmmədov, G.Y.Məlikov, V.B.Müslümov " Microsoft Word
    ” Bakı, 2007.
    15. H.M.Quliyev, V.B.Müslümov, P.M.Həsənova " Microsoft Power
    Point ” OKA nəşriyyatı, Bakı, 2009.
    16. И.Дж.Марданов, Р.И.Алияров "Краткий Курс Информатики”
    Çaşoğlu nəşriyyatı, Bakı 2009.
    17. Z.M.Əmirov. Microsoft Word 2003. Bakı, "Elm", 2007.
    18. M.M. Mehdiyev. Ümumi informatikadan praktikum. Bakı,”Təhsil”
    NPM, 2009.
    19. İnformatika dərslikləri I-XI.
    Kateqoriya: Əmrlər və qanunlar | Əlavə edib: isanai (28.11.2012)
    Baxışların sayı: 9999
    Copyright İsaNaida © 2024
    PYTHON 3.4
    ALPLogo
    Info-Ko
    Fəxr edirik


    Elan
    Bölmələr
    MÜSABİQƏ
    Azərbaycanda İKT
    Axtarış