Bazar, 22.12.2024, 22:48
İnformatikanın məktəbdə tədrisi
Baş səhifə Qeydiyyat Giriş
e-mail: informatik-az@mail.ru · RSS
Menyu
Fotoşəkillər
Kateqoriyalar
Əmrlər və qanunlar
Giriş forması
Sorğu
Müəllim kimi informatika dərslərində tez-tez istifadə edirəm:
Cavabların sayı: 9493
Faydalı keçidlər

  • ict.edu.az
  • ict.az
  • telekommunikasiya.edu.az
  • İnf-math.narod.ru
  • Millibyte.az
  • kayzen.az/blog/informatika
  • alqoritm.ucoz.org
  • mincom.gov.az
  • Facebook-da
    Təqdimatlar
    Statistika

    Onlayn: 2
    Ziyarətçilərin sayı: 2
    Qeydiyyatdan keçənlərin sayı: 0


     Rəsmi sənəədlər
    Baş səhifə » Rəsmi sənədlər » 1 » Əmrlər və qanunlar

    1-ci ixtisas qrupu üçün "İnformatika" fənninin proqramı

    Proqram V-XI sinif dərslikləri əsasında hazırlanmışdır.

    Bu proqram fənn kurikulumunun informatika fənni üçün müəyyən etdiyi 4 (“İnformasiya və informasiya prosesləri”, “Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma”, “Kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri”, “Cəmiyyətin informasiyalaşdırılması”) məzmun xətti üzrə 8 əsas və 75 alt standartın tələblərinin reallaşdırılması ilə bağlı təlim materiallarını əhatə edir.

    İnformasiya və informasiya prosesləri məzmun xəttinə aid alt standartların tələbləri  üzrə informasiyanın xassələri,kodlaşdırılması, qəbul edilməsi, təsvir üsulları, həcmi, ölçüləri,əlamətləri,sistemləri haqqında bilik və bacarıqlar yoxlanılır və qiymətləndirilir.

    Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma məzmun xəttinə aid alt standartların tələbləri  üzrə modelləşdirmənin əsas mərhələləri, təsviri formaları, modelləri, aqoritmin mahiyyəti, növləri, proqramlaşdırma dillərindən istifadə etməklə məsələlərin həlli alqoritmi, sadə veb-səhifələrin, kompüter-informasiya modelinin yaradılması, informasiya prosesinin modeli, kompüterdə tədqiqi və veb-proqramlaşdırmanın mahiyyəti haqqında bilik və bacarıqlar  yoxlanılır və qiymətləndirilir.

    Kompüter, informasiya-kommunikasiya

     

    texnologiyaları və sistemləri məzmun xəttinə aid alt standartların tələbləri  üzrə kompüterdə istifadə olunan əməliyyat sistemləri, mətn və qrafiki redaktorda müvafiq nümunələrin və  multimedia təqdimatlarının  hazırlanması, elektron cədvəldə iş nümayiş etdirilməsi, müxtəlif şəbəkə növləri, şəbəkənin işini təmin edən proqram təminatı, internet xidməti proqramları, situasiyalara uyğun olaraq kompüterdə əməliyyatlar nümayiş etdirilməsi, müəyyən sahəyə aid verilənlər bazasının  layihələndirilməsi haqqında bilik və bacarıqlar  yoxlanılır və qiymətləndirilir.

    Cəmiyyətin informasiyalaşdırılması məzmun xəttinə aid alt standartların tələbləri  üzrə informasiya resursları, informasiya cəmiyyətinin formalaşdırılması, əsas fəaliyyət sahələri (informasiya inqilabları, informasiya təhlükəsizliyi, informasiya mədəniyyəti, E-hökumət, E-təhsil, E-seçki, E-kitabxana, E-ticarət) haqqında bilik və bacarıqlar  yoxlanılır və qiymətləndirilir.

     

    İNFORMASİYA VƏ İNFORMASİYA PROSESLƏRİ

    İnformatika və informasiya. İnformasiyanın əsas xassələri. İnformasiyanın növləri və təqdimedilmə formaları. İnformasiyanın ötürülməsi. İnformasiyanın emalı. İnformasiyanın saxlanması.

     

    SAY SİSTEMLƏRİ

    Mövqesiz say sistemləri. Mövqeli say sistemləri. İkilik say sistemi. Səkkizlik say sistemi. Onaltılıq say sistemləri. Bir say sistemindən başqasına keçid. Müxtəlif say sistemlərində hesab əməlləri

     

    İNFORMASİYANIN KODLAŞDIRILMASI VƏ MİQDARININ ÖLÇÜLMƏSİ

    Kod və kodlaşdırma. İnformasiyanın ölçü vahidləri. Mətn informasiyasının kodlaşdırılması. Qrafik informasiyanın kodlaşdırılması. Səs informasiyasının kodlaşdırılması. Video informasiyanın kodlaşdırılması. İnformasiyanın miqdarının ölçülməsi.

     

    MODELLƏŞDİRMƏ

    Modellər və onların təsnifatı. İnformasiya modellərinin növləri. Cədvəl informasiya modeli. Ağac informasiya modeli. Qraf informasiya modeli. Kompüter modelləşdirməsi.

     

    KOMPÜTERİN APARAT TƏMİNATI

    Kompüterlər və onların təsnifatı. Fərdi kompüterlərin növləri. Kompüterin iş prinsipi. Giriş qurğuları (klaviatura, siçan, mikrofon, skaner, veb-kamera). Çıxış qurğuları (monitor, printer, səs ucaldanlar, proyektor). Yaddaş qurğuları (RAM, HDD, SSD, CD və DVD optik disklər, fleş-yaddaş, disket). Mərkəzi prosessor. Portlar və bağlayıcılar. Kompüterin əsas xarakteristikaları.

    KOMPÜTERİN PROQRAM TƏMİNATI

    Sistem proqram təminatı (əməliyyat sistemləri, utilitlər, drayverlər). Tətbiqi proqram təminatı. Proqramlaşdırma alətləri.

     

    ƏMƏLİYYAT SİSTEMİ

    İş masası və onun elementləri. Pəncərələr. Fayllar və qovluqlar, onlar üzərində əməllər. Fayl sistemləri. İdarəetmə paneli.

    MƏTNLƏRİN EMALI

    Mətn sənədinin yaradılması. Sənədin redaktəsi. Sənədin formatlanması. Mətn redaktorunda cədvəllər. Sənədə müxtəlif obyektlərin əlavə edilməsi (şəkil, cədvəl, diaqram, düstur). Axtarış və əvəzetmə.

     

    ELEKTRON CƏDVƏLLƏR

    Elektron cədvəl və onun komponentləri (xana, sətir, sütun, iş vərəqi). Mütləq və nisbi ünvanlar. Düsturlar. Elektron cədvəldə funksiyalar. Diaqramlar və onların elementləri. Elektron cədvəl proqramında modelləşdirmə. Statistik verilənlər əsasında proseslərin modelləşdirilməsi.

     

    VERİLƏNLƏR BAZASI

    “Verilənlər bazası” anlayışı. Verilənlər modeli. Verilənlər bazasının idarəolunması sistemi. Cədvəllər və onlar arasında əlaqələr. Sorğular. Formalar. Verilənlərin axtarışı və çeşidlənməsi. Hesabatlar.

    KOMPÜTER QRAFİKASI

    Əsas anlayışları və növləri (rastr, vektor və üçölçülü qrafika). Rəng modelləri (RGB, CMYK).

    ALQORİTM

    “Alqoritm” anlayışı. Alqoritmin xassələri. Alqoritmin təqdimedilmə üsulları. Alqoritmin növləri (xətti, budaqlanan, dövri).

    PROQRAMLAŞDIRMA

    “Proqram”, “proqramlaşdırma”, “proqramlaşdırma dili” anlayışları. Translyator (interpretator, kompilyator). Python proqramlaşdırma dili. Sabit və dəyişən kəmiyyətlər. Verilənlərin daxil və xaric edilməsi. Şərt operatoru. Dövr operatorları (for, while). Ədədlər üzərində əməllər. Sətirlər və onlar üzərində əməllər. Siyahılar və onlar üzərində əməllər. Funksiya

    KOMPÜTER ŞƏBƏKƏLƏRİ

    Kompüter şəbəkələri və onların təsnifatı. Şəbəkə avadanlıqları. Şəbəkə topologiyaları (şin, halqa, ulduz, qarışıq). Şəbəkə arxitekturası. Simsiz şəbəkə texnologiyaları (WLAN, GPRS, WPAN, Wi-Fi, Wi-Max, Bluetooth, NFC, Zigbee, 3G, 4G, 5G)

    İNTERNET

    İnternetə bağlanmanın üsulları. İnternetdə ünvanlama. İnternet xidmətləri və protokollar. Dünya hörümçək toru. Axtarış sistemləri. Elektron poçt.

    VEB-PROQRAMLAŞDIRMA

    “Veb-proqramlaşdırma” anlayışı. Saytın hazırlanma mərhələləri. HTML nişanlama dili. Siyahıların yaradılması. Cədvəllərin yaradılması. Veb-səhifənin rəng sxemi. Veb-səhifəyə qrafik faylların yerləşdirilməsi. İstinadlardan istifadə.

    İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ

    İnformasiyanın qorunması. Kriptoqrafiya. Kompüter cinayətkarlığı. Ziyanverici proqramlar (kompüter virusları).

     

          ƏSAS ƏDƏBİYYAT SİYAHISI

    1. R.Mahmudzadə, İ.Sadıqov, N.İsayeva. İnformatika 5. – Bakı, 2020.

    2. R.Mahmudzadə, İ.Sadıqov, N.İsayeva. İnformatika 6. – Bakı, 2021.

    3. R.Mahmudzadə, İ.Sadıqov, N.İsayeva. İnformatika 7. – Bakı, 2018.

    4. R.Mahmudzadə, İ.Sadıqov, N.İsayeva. İnformatika 8. – Bakı, 2019.

    5. R.Mahmudzadə, İ.Sadıqov, N.İsayeva. İnformatika 9. – Bakı, 2020.

    6. R.Mahmudzadə, İ.Sadıqov, N.İsayeva. İnformatika 10. – Bakı, 2018.

    7. R.Mahmudzadə, İ.Sadıqov, N.İsayeva. İnformatika 11. – Bakı, 2018.

     

    ƏLAVƏ ƏDƏBİYYAT SİYAHISI

    1. V.Müslümov, Ə.Əliyev, S.Həbibullayev, Y.Sərdarov. İnformatika (Tələbələr, bakalavrlar, magistraturaya və vakant iş yerlərinə hazırlaşanlar üçün vəsait), Bakı, DİM – “Abituriyent” – 2021.

     

    2. E.Seyidzadə, Ə.Həsənov, N.İsayeva, A.Adamov

    nformatika 10 (texniki təmayüllü pilot siniflərİi üçün dərslik) – Bakı, 2019.

     

    3. E.Seyidzadə, Ə.Həsənov, N.İsayeva, A.Adamov

    İnformatika 11 (texniki təmayüllü pilot sinifləri üçün dərslik) – Bakı, 2019.

     

     

     

    Proqram  Dövlət İmtahan Mərkəzində
    09.12.2021-ci il tarixində keçirilmiş işçi qrupunun iclasında (Protokol № 3) müzakirə edilərək qəbul olunmuşdur.

     

    İşçi qrupunun rəhbəri: fizika-riyaziyyat elmləri namizədi, dosent İ.A.Qafarov.

     

     

    Dövlət İmtahan Mərkəzi proqramın hazırlanmasında zəhməti olan işçi qrupunun iştirakçıları

    Kateqoriya: Əmrlər və qanunlar | Əlavə edib: isanai (12.01.2022)
    Baxışların sayı: 1101
    Copyright İsaNaida © 2024
    PYTHON 3.4
    ALPLogo
    Info-Ko
    Fəxr edirik


    Elan
    Bölmələr
    MÜSABİQƏ
    Azərbaycanda İKT
    Axtarış