Baş səhifə » 2013»May»17 » Ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti günü
08:24
Ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti günü
17 may tarixi bütün dünyada Ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti günü kimi qeyd olunur.2006-cı ilin mart ayının 26-da BMT Baş Assambleyası 17 may tarixini
Ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti günü elan edən
qətnamə qəbul etmişdir. Bayramın tarixi 17 may 1865-ci ildə sonradan
Beynəlxalq Telekommunikasiya İttifaqı adlanan Beynəlxalq Teleqraf
İttifaqının yaradılması günü ilə bağlıdır.Ümumdünya
Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün əsas məqsədi
internetdən və informasiya-kommunikasiya texnologiyalarından istifadənin
cəmiyyətlərə və ölkələrə verdiyi imkanlar və «rəqəmsal fərqliliyin»
aradan qaldırılması barədə məlumat səviyyəsinin artırılmasına kömək
göstərməkdən ibarətdir.Bu tarix bütün proqramçılar, sistem
administratorları, internet-provayderləri, veb-dizaynerlər, eləcə də
informasiya texnologiyası sahəsində fəaliyyət göstərən hər bir şəxsin
bayramı hesab olunur