Sumqayıt şəhərində informatika müəllimləri ilə görüş
Bu
gün Sumqayıt şəhəri Təhsil şöbəsinin akt zalında informatika
müəllimlərinin informatika dərsliklərinin müəllifləri ilə görüşü təşkil
edilmişdir. Görüşdə yeni dərslik komplektlərindən, dərslərdə istifadə
olunan proqram təminatından söhbət gedirdi.
Mahmudzadə Ramin m. qeyd etdi ki, proqramlaşdırma ilə məşğul olmaq istəyən şagirdilər e-olimp.com saytından faydalana bilər.Artıq bu saytın 4 dilindən biri də Azərbaycan dilidir. Şagirdlər
özlərini sınamaq üçün məsələləri seçib, onların həlli alqoritmlərini
proqramlaşdırma dilində yazıb, sayta göndərirlər. Saytın yoxlama sistemi
var. Məsələnin düzgün və ya səhv həll olunması barədə məlumat gəlir.
Saytda artıq 400 məsələ azərbaycan dilinə tərcümə olunub. Sadıqov İsmayıl m.
proqramlaşdırma dillərdən, xüsusən, LOGO dilindən danışdı, ALPLogo
proqramlaşdırma mühitinin imkanlarını nümayiş etdirdi. İnformatika müəllimləriniin sualları cavablandırıldı.