Baş səhifə » 2012»Aprel»6 » "Sosial servislərin tədris prosesində rolu" adlı Dəyirmi masa keçirilib
07:29
"Sosial servislərin tədris prosesində rolu" adlı Dəyirmi masa keçirilib
5 aprel 2012-ci il Multimedia Mərkəzi tərəfindən "Sosial servislərin tədris prosesində
rolu” mövzusunda Dəyirmi Masa keçirilib. Tədbir Mərkəzin həyata
keçirdiyi "Sosial servislərin pedaqoji imkanlarından effektiv istifadə
mexanizmlərinin hazırlanması və İKT- dən istifadə edən müəllimlərin
peşəkarlığının artırılmasına dəstək” Layihəsi çərçivəsində baş tutub.
Dəyirmi Masada Mərkəzin direktoru, AİF prezidenti Osman Gündüz və Təhsil sisteminin informasiyalaşması idarəsinin şöbə müdiri Ramil Süleymanovun
mövzu ətrafında təqdimatları olub. Təqdimatlarda İnternetdə mövcud olan
müxtəlif sosial resursların tədris məqsədləri üçün istifadəsi
imkanlarına, İnternet texnologiyalardan təhsil daha effektiv
istifadəsi məsələlərinə, beynəlxalq təcrübəyə və mövcud problemlərə
geniş yer ayrılıb. (xeberler.az)
"Sosial servislərin tədris prosesində rolu" adlı təqdimatla tanış ola bilərsiniz. Təqdimat