Şagirdlər arasında İnformatika üzrə beynəlxalq müsabiqə
Rusiyanın
Sankt-Peterburq şəhəri informatikadan "Бобёр" beynəlxalq onlayn yarış
keçirir. Məsələlər rus dilindədir. Müsabiqədə orta və orta ixtisas
məktəblərinin şagirdləri iştirak edə bilər. İştirakçılar dörd yaş
qruplarına (3-4, 5-6, 7-8, 9-10 ) bölünür. Müsabiqədə paralel olaraq 1-2
siniflər üçün "Бобрик" yarışması keçirilir. Müsabiqə məktəblərin İnternet
ə
qoşulmuş kompüter otaqlarında keçirilir. Məktəbin təşkilatçısı
iştirakçıların bu yarışmada müstəgilliyini təmin etməlidir. Yarış 4 gün
davam edir. Nəticələr poçtla məktəb təşkilatçılarına çatdırılır.
Müsabiqə 12-15 noyabr keçiriləcək.
Müsabiqənin şərtləri ilə http://bebras.ru/ saytında tanış ola bilərsiniz.
Qeyd edim ki, yarışa hazırlaşmaq üçün nümunə kimi 9 məsələ verilib.
Test formasındadır. Şagirdlər özlərini sınaya bilər. Sınaqdan sonra
düzgün cavablar da göstərilir, alınmış nəticələr müzakirə olunur.