Baş səhifə » 2011»Oktyabr»28 » Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müsabiqə elan edir
19:12
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müsabiqə elan edir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 6 Dekabr – rabitə və
informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramına və
Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 130
illiyinə həsr olunmuş müsabiqə elan edir.
Müsabiqə ”İKT üzrə ən yaxşı kitab", ”İKT üzrə ən yaxşı elmi məqalə”, ”Ən yaxşı elektron xidmət" nominasiyaları üzrə keçirilir.
Müsabiqədə iştirak etmək üçün iştirakçılar www.aztelekom.org
saytında qeydiyyatdan keçməli və nominasiyalar üzrə işləri təqdim
etməlidirlər. Materiallar münsiflər heyətinə (Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin "İnformasiya cəmiyyətinin inkişafı"
şöbəsinə) eyni zamanda kağız formatında təqdim olunmalıdır.
Qaliblərin müəyyən edilməsi 2 mərhələdə həyata keçiriləcək. Birinci
mərhələdə nominantlara www.aztelekom.org saytından onlayn səsvermə
həyata keçirilir. İkinci mərhələdə isə nominantlar arasından qaliblər
yalnız münsiflər heyəti tərəfindən onlayn səsvermə ilə müəyyən edilir.
İşlərin təqdim edilməsi 24.10.2011-ci il tarixdən 24.11.2011-ci il tarixinədək aparılacaq.
Birinci mərhələ üzrə onlayn səsvermə 28 noyabr tarixinə kimi davam edəcək.
Nominasiyalar üzrə qaliblər noyabrın 31-də müəyyən olunacaq. Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Müsabiqənin gedişatı haqqında ətraflı məlumatlar www.aztelekom.org saytında yerləşdirilib.(ict.az saytın materialı əsasında)