Baş səhifə » 2013»Oktyabr»29 » "Ən yaxşı videotədris resursu" müsabiqəsinin qalibləri elan edildi
22:41
"Ən yaxşı videotədris resursu" müsabiqəsinin qalibləri elan edildi
İnformatika müəllimləri arasında keçirilən "Ən yaxşı videotədris resursu" müsabiqəsinin qalibləri müəyyən olundu. Müsabiqəyə 9 müəllimin işi qəbul olunmuşdur. Münsiflər heyəti işləri qiymətləndirərək qalibləri müəyyən etmişdir: I yer Rəşad Bəyov - "Lazarusda proqramın yaradılması" Günay Hüseynzadə - "Lazarus proqramı. Ədədin kvadratı və kubunun hesablanması" Sənübər Məmmədova - "Access 2007 ilə tanışlıq", "Verilənlər bazasının strukturunun yaradılması", "Cədvəlarası əlaqələr".
II yer Natəvan Feyzullayeva - "Kompüterin işə salınması" Ramil Cəfərov - "Fraktal qrafika" Lətafət Nəsibova - "OpenOffice Draw proqramı. 3D modelin hazırlanması", "Galerry", "Funksiyalar və qrafiklər- Excel 2013"
III yer Nəcibə Humayeva - "Mozaika və naxışların qurulması" Xanım Əliyeva - "Verilənlər bazası" Kənan İsmayılov - "Word proqramında cədvəlin qurulması".
Qalibləri ürəkdən təbrik edirik! Onların təltif olunması barədə əlavə olaraq məlumat veriləcəkdir.