Baş səhifə » 2015»Noyabr»21 » "Ən yaxşı videotədris resursu" müsabiqə qaliblərinin təltifi
21:48
"Ən yaxşı videotədris resursu" müsabiqə qaliblərinin təltifi
Artıq 4 ildir informatika müəllimləri arasında "Ən yaxşı videotədris resursu" müsabiqəsi keçirilir. Müsabiqənin əsas məqsədi informatika dərslərinə aid Azərbaycan dilində yeni resursların hazırlanması və hamının istifadə etməsi üçün onların İnternetdə yerləşdirilməsidir.
Müsabiqənin şərtlərindən biri - hazırlanmış videodərs informatika dərsliklərindəki hər hansı bir mövzuya aid olmasıdır.
Bu il müsabiqəyə təqdim olunan işlərin əksəriyyəti proqramlaşdırma dillərinə - Pascal, Python, ALPLogo - həsr olunmuşdur. Yarımfinala 11 müəllimin işi keçmişdir. İşlərin siyahısı və onların youtube.com portalındakı ünvanı informatik.az saytının "Videodərslər" bölümündə yerləşdirilmişdir.
21 noyabr 2015-ci il tarixində Bakı şəhəri 283 saylı məktəbdə qaliblərin mükafatlandırılma tədbiri keçirilmişdir. Tədbirdə Təhsil Nazirliyinin şöbə müdiri İsmayıl Sadıqov və Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə iştirak etmişdir.