07 dekabr tarixdə Akademik Zərifə Əliyeva adına Məktəbdə Multimedia
Mərkəzi tərəfindən "Müəllimlər üçün sosial servislər” kitabının təqdimat
mərasimi keçirildi.
Kitabın müəllifləri Multimedia Mərkəzinin direktoru, AİF -in prezidenti Osman Gündüz
və Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin şöbə müdiri Ramin Süleymanov kitabı mərasimdə iştirak edənlərə təqdim etdilər.
Bu kitab informasiya
texnologiyalarından, xüsusilə də sosial media alətlərindən istifadə
etməklə tədris prosesini daha effektiv qurmaq istəyən müəllimlər üçün
nəzərdə tutulub.
Təhsil Nazirliyi tərəfindən metodiki tədris vəsaiti kimi tövsiyə olunan
kitabda İnternet texnologiyalardan, sosial media alətlərindən təhsil
məqsədləri üçün effektiv istifadə mexanizmləri və müxtəlif sosial media
alətlərinin pedaqoji imkanları haqqında bilgilər verilib.
Kitabda "Uşaqların informasiya təhlükəsizliyinin qorunması üçün
tədbirlər” və "Təhsil üçün faydalı İnternet resurslar” adlı əlavə
bölmələr də özünə yer alıb.
Tədbirdə təhsil və elmi ictimaiyyətinin, dövlət və özəl qurumların
nümayəndələri, sosial media menecerləri iştirak edirdi. (cit.az)