Milli Net 2011 Müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa
çatıb. Milli Net 2011-in Dizayn, Məzmun və Texniki-texnoloji
istiqamətlər üzrə formalaşdırılan 15 nəfərlik Müsabiqə Komissiyası
üzvlərinin hər birisi 1-ci mərhələdə saytların qiymətləndirməsində
iştirak edib.Səsvermənin 1-ci mərhələsinin yekununda 11 Nominasiya üzrə ən yaxşılar olan 63 sayt Nominant statusu alıb.Hazırda səsvermənin 2-ci mərhələsi başlayıb. Müsabiqə Komissiyası 15
dekabr tarixədək Nominantlar arasından hər nominasiya üzrə qalib
saytları müəyyən edəcəklər.