12 sentyabr 2012-ci il Bakı şəhəri 283 saylı tam orta məktəbdə informatika müəllimlərinin görüşü təşkil edilmişdir. Görüşdə yeni dərs ilində informatikanın tədrisində yeniliklər müzakirə olunmuşdur. Ən əsasən, 1-ci və 5-ci sinif dərs komplektləri barədə informasiya verilmişdir. Müəllimlər dərslərdə istifadə etdikləri proqram təminatı haqqında söhbət açdılar.Görüş məhsuldar keçdi. Müəllimlər öz iş təcrübələri ilə bölüşdülər.