19 oktyabr 2014-ci il tarixində Fizika-Riyaziyyat-İnformatika təmayüllü liseyində İnformatika olimpiada mərkəzinin açılış mərasimi keçirilmişdir. Tədbirə müəllimlər, şagirdlər, valideynlər və Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin məsul şəxsləri dəvət olunmuşdu. Olimpiada mərkəzinin direktoru, BDU-nun dosenti hörmətli Ramin Mahmudzade çıxış edərək İnformatika olimpiadaları barədə məlumat verdi. O, vaxtilə olimpiyadalarda uğurla iştirak etmiş və hazırda xaricdə yüksək vəzifələrdə çalışan tələbələrindən danışdı, şagirdlərə bu hərəkatın əhəmiyyəti barədə həmişə olduğu kimi çox maraqla söhbət açdı. O, proqramlaşdırma sahəsində uğur qazanmaq üçün daim çalışmağın əhəmiyyəti barədə şagirdlərə nümunələr göstərməklə öz qiymətli tövsiyələrini verdi.
Yeni yaradılan Olimpiya mərkəzinin əsas məqsədlərini FRİTL-in müəllimi Meherremov Valid çıxışında belə qeyd etdi:
şagirdlərə yüksək səviyyədə proqram yazmağı öyrətmək;
İnformatika üzrə respublika turunda uğurla iştirak etmək;
Beynəlxalq olimpiadalarda yüksək nəticələr qazanmaq.
Qeyd olundu ki, artıq İnterentdə olimpiada ilə bağlı i-olimp.az saytı fəaliyyət göstərir.
Çıxış edən Adil Əliyev "Gunduz" informatika olimpiadası barədə məlumat verdi. Qeyd etdi ki, bu müsabiqə artıq İsmayıllı rayonunda və Bakı ş. 83 saylı məktəbin şagirdləri arasında keçirilib. 25 oktyabr isə bu olimpiada ilə bağlı 83 saylı məktəbdə seminar təşkil olunacaq.
Sonda şagirdlərə sorğu anketi paylandı. Həmin anketin elektron verisiyası saytda yerləşdiriləcək. |