İbtidai siniflər üçün İnformatika fənninə aid dərslik komplekti - dərslik, metodik vəsait və iş dəftərindən ibarətdir. Artıq 1,2,3-cü sinif şagirdləri Milli Kurikulum əsasında hazırlanan yeni dərslik və iş dəftərləri ilə təmin olunub. Müəlimlərə kitabxanalardan metodik vəsait verilir. İbtidai təhsil pilləsində informatikanın əsas məqsədi - şagirdlərdə alqoritmik təfəkkür elementlərinin yaradılması, kompyuter texnikasından ilkin istifadə qabiliyyətlərinin formalaşdırılmasıdır. Yuxarı sinif üçün buraxılmış dərsliklərdə informasiya, hesablama texnikasının tarixi, kompyuterin
riyazi və məntiqi əsasları, proqramlaşdırma, kommunikasiya
texnologiyaları, Pasqal proqramlaşdırma dili, elektron sənəd, cədvəl
prosessoru, İnformasiya Cəmiyyəti, İnternet xidmətləri, verilənlər
bazası, nəşr məhsullarının yaradılması, veb-proqramlaşdırma,
informasiyanın qorunması və s. kimi mövzular öz əksini tapmışdır. Orta məktəblərdə bu mövzuların tədrisi şagirdlərin ali təhsil müəssisələrində yeni bilik və bacarıqlara yiyələnməsinə zəmin yaradır.