Bazar, 22.12.2024, 04:16
İnformatikanın məktəbdə tədrisi
Baş səhifə Qeydiyyat Giriş
e-mail: informatik-az@mail.ru · RSS
Menyu
Fotoşəkillər
Giriş forması
Sorğu
Müəllim kimi informatika dərslərində tez-tez istifadə edirəm:
Cavabların sayı: 9492
Faydalı keçidlər

  • ict.edu.az
  • ict.az
  • telekommunikasiya.edu.az
  • İnf-math.narod.ru
  • Millibyte.az
  • kayzen.az/blog/informatika
  • alqoritm.ucoz.org
  • mincom.gov.az
  • Facebook-da
    Təqvim
    «  May 2011  »
    B.e.Ç.a.ÇC.a.CŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Təqdimatlar
    Statistika

    Onlayn: 1
    Ziyarətçilərin sayı: 1
    Qeydiyyatdan keçənlərin sayı: 0


     
    Baş səhifə » 2011 » May » 10 » İnformatika dərslərində layihə fəalliyyəti
    13:13
    İnformatika dərslərində layihə fəalliyyəti

    İnformatika dərslərində layihələr metodundan istifadə etməklə çox yaxşı təlim nəticələr əldə etmək olur.Təcrübə göstərir ki, şagirdlərin tədqiqat aparmaq üçün bacarıq və vərdişləri  praktiki və xüsusən layihə fəaliyyətlərində ən yaxşı inkişaf edir. Şagirdi layihə fəaliyyətinə cəlb etməmişdən əvvəl, onun real həyatımızda maraqlarını, istədiklərini, həvəslərini müəyyən etmək lazımdır.  Bundan sonra müəllim şagirdlə birgə  gələcək layihənin mövzusunu təyin edir və şagirdə bu layihənin icrasında cavab vermək  üçün təməl sualını qoyur.

     Mən düşünürəm ki, şagirdlər ən birinci layihələri qrup şəklində işləyərkən hazırlamalıdırlar. Bu ondan irəli gəlir ki, qrupda işləyərkən hər uşaq layihə fəaliyyətinin xüsusiyyətlərini  daha yaxşı dərk edir, ona düşən işin bir hissəsini görmək üçün kompüter bacarıqlarından istifadə edir və olan vərdişlərini təkmilləşdirir.  Qrupların formallaşması şagirdlərin maraqlarına görə aparılmalıdır. Həm də hər qrupa inkişaf səviyyələri və düşüncələri fərqli olan  şagirdlər cəlb olunmalıdır.

    İbtidai siniflərdə şagirdlər informatika dərslərində əsasən sadə mətn, qrafik redaktorlar və Calkulator  proqramında işləməyi öyrənirlər. Ona görə də 1-4 siniflərdə layihələr elə seçilməlidir ki, şagirdlər öz yaradıcılıqlarını göstərmək üçün bu proqramlardan istifadə etsinlər.

    Orta təhsil pilləsində, yəni 5-9 siniflərdə şagirdlər layihələrin hazırlayarkən daha mükəmməl proqram təminatından istifadə edə bilərlər.

    Nəzərə alsaq ki həmin siniflərdə şagirdlər alqoritm nəzəriyyəsinin və proqramlaşdırmanın əsaslarını  keçməyə başlayırlar, layihələrin mövzuları proqram məhsulların yaradılması ilə bağlı ola bilər. Öz işlərini təqdim etmək üçün  MS Publisher  və MS Power Point proqramları  - yaxşı vasitədir.

    Layihələrin nəticələri müəyyən qayda ilə tərtib edilməlidir və hər şagird öz layihəsini sinfə təqdim etməyə bacarmalıdır.

    Layihə barədə informasiya  kağız formasında verilirsə, onda  aşağıdakıları əhatə etməlidir:

    1.    titul vərəqi – məktəbin adı, layihənin mövzusu, müəllif haqqında informasiya, müəllimin soyadı, adı, layihənin yaradılması ili;

    2.    Problemin qoyuluşu (nə tələb olunur);

    3.    Layihənin tərkibi;

    4.    Mövzuya aid mətn;

    5.    Nəticələr;

    6.    İstifadə olunan materiallar ( ədəbiyyatın adı, saytlara istinad, istifadə olunan şəkillərin, mətnlərin, musiqinin mənbələri göstərilməlidir);

    7.    Yekun nəticə (tamamlama).

     

    Şagirdlərin layihə fəaliyyətlərini qiymətləndirəndə, aşağıdakı meyarlara fikir vermək lazımdır:

    -         estetik tərtibat;

    -         yerləşdirilmiş obyektlərin bir-birinə uyğunluğu;

    -         mətni formatlama bacarığı;

    -         obyekt haqqında eyni informasiyanı dəftərdə və kompüterdə müxtəlif formalarda təqdim etmək: mətn, şəkil, cədvəl, ədəd

    -         kompüterdə mətnlərlə və təsvirlərlə işləmək bacarığı;

    -         İnformasiyanı axtarmağı, emal və təqdim etməyi bacarığı;

    -         informasiyanı saxlamaq, işlətməsi və ötürülməsi üçün mündəricatlardan, kataloqlardan, arayış  və yazı kitabçalardan  istifadə bacarığı;

    -         layihənin mövzusunun açılması;

    -         informasiya texnologiyaları vasitələrlə işləmək bacarığı (radio, telefon, maqnitofon, kompüter);

    -         danışıq qabiliyyəti;

     

    Növbəti məqalədə mən informatika dərslərində hansı tipli layihələr hazırlamağı barədə söhbət açacağam.


    Baxılıb: 2150 | Əlavə edib: isanai
    Copyright İsaNaida © 2024
    PYTHON 3.4
    ALPLogo
    Info-Ko
    Fəxr edirik


    Elan
    Bölmələr
    MÜSABİQƏ
    Azərbaycanda İKT
    Axtarış