Şənbə, 21.12.2024, 15:21
İnformatikanın məktəbdə tədrisi
Baş səhifə Qeydiyyat Giriş
e-mail: informatik-az@mail.ru · RSS
Menyu
Fotoşəkillər
Giriş forması
Sorğu
Müəllim kimi informatika dərslərində tez-tez istifadə edirəm:
Cavabların sayı: 9491
Faydalı keçidlər

  • ict.edu.az
  • ict.az
  • telekommunikasiya.edu.az
  • İnf-math.narod.ru
  • Millibyte.az
  • kayzen.az/blog/informatika
  • alqoritm.ucoz.org
  • mincom.gov.az
  • Facebook-da
    Təqvim
    «  İyul 2011  »
    B.e.Ç.a.ÇC.a.CŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Təqdimatlar
    Statistika

    Onlayn: 2
    Ziyarətçilərin sayı: 2
    Qeydiyyatdan keçənlərin sayı: 0


     
    Baş səhifə » 2011 » İyul » 26 » İnformatika Üzrə Beynəlxalq Fənn Olimpiadasında Azərbaycan təmsilçisinin bürünc medalı
    21:57
    İnformatika Üzrə Beynəlxalq Fənn Olimpiadasında Azərbaycan təmsilçisinin bürünc medalı




    Taylandda keçirilən İnformatika üzrə Beynəlxalq Fənn Olimpiadasında azərbaycan komandasının iştirakçısı Azad Salahlı iki günün yekununa görə 299 bal toplayaraq bürünc medala layiq görülmüşdür.

    Qeyd etmık lazımdır ki,  komandanın rəhbərləri Ramin Mahmudzadə,  İsmayıl Sadıqovun neçə il davam edən gərgin səyləri nəticəsində və professor Rasim Əliquliyevin yaxından dəstəyilə bu il nəhayət, İnformasiya Texnologiyaları İnstuitutun nəzdində olimpiya mərkəzi yaradıldı.  Mərkəzə Rabitə və İnformasiya Texnologiyarı Nazirliyinin köməkliyi ilə BDU və respublikanın digər universitetlərindən mütəxəssislər cəlb edildi. Ramin Mahmudzadənin tərtib etdiyi xüsusi proqram əsasında komandamızın üzvləri cəmi 1 ay ərzində "Kombinatorika", "Ehtimal nəzəriyyəsi", "Qraflar nəzəriyyəsi" və riyaziyyatın digər sahələri üzrə intensiv mühazirə və məşğələlər keçirmişlər.

    Məşğələlər cəmi 1 ay davam etsə də  o, öz nəticəsini verdi. Beynəlxalq fənn olimpiadalarında daim uğurla çıxış edən komandaların təcrübəsindən bir daha görünür ki, bu cür ixtisaslaşmlş məşğələlər il ərzində cəmi 1 ay deyil, bütün il boyu sistematik keçirilməlidir. Bunun isə dövlət qurumlarının dəstəyinə böyük ehtiyacı vardır. Daim uğurla çıxış edən və  daim ünsiyyət saxladığımız Rusiya, Belarus, Qazaxstan və digər ölkələin komandalarının uğurunun sirri də məhz bundadır.

    Biz də ümid edirik ki, bu nəticəmiz bütün informatikləri ruhlandıracaq və şagirdlərimizin gələcəkdə daha böyük uğurlar qazanmasının əsasını qoyacaq.

    Komandamızın tərkibi:

    Elmi dəstək- AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev

    Komandamızın rəhbərləri- Ramin Mahmudzadə və İsmayıl Sadıqov

    Komanda üzvləri: Azad Salahlı, Əli Kərimli, Rəşid Gaziyev, Tahir Əli-zadə.


    Olimpiada nəticələrini on-line rejimində olimpiadanın rəsmi saytından izləmək olar: http://sc1.ioi2011.net/scoreboard/
    Baxılıb: 1917 | Əlavə edib: isanai
    Copyright İsaNaida © 2024
    PYTHON 3.4
    ALPLogo
    Info-Ko
    Fəxr edirik


    Elan
    Bölmələr
    MÜSABİQƏ
    Azərbaycanda İKT
    Axtarış