Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun nəzdində "Gənc proqramçı" məktəbi fəaliyyətə başlamışdır. Dərsləri azərbaycan və rus dillərində institutun peşəkar mütəxəssisləri və BDU-nun qabaqcıl müəllimləri aparır. Məktəbə məntiqi təfəkkürü inkişaf etmiş və proqramlaşdırma ilə məşğul olmaq istəyən şagirdlər qəbul olunur. Suallarla bağlı aşağıdakı ünvana müraciət etmək olar: