21 aprel 2011-ci il tarixində Gəncə şəhərində "Müasir təhsilin davamlı inkişafı: reallıqlar, perspektivlər" mövzusunda zona elmi-praktik konfransı keçirilmişdir. Tədbir çərçivəsində 27 saylı fizika-riyaziyyat və informatika təmaüllü məktəbdə Gəncə şəhəri müəllimlərinin açıq dərsləri təşkil edilmişdir. İnformatika müəllimləri Həsənova Səadətin (mövzu "Antivirus proqramları", 10-ci sinif) və Mahmudova Mehribanın (mövzu "Файлы, папки и работа над ними", 7 sinif) açıq dərslərin videofraqmentlərı ilə Açıq dərslər bölməsində tanış olmaq olar. Azərbaycan Təhsil Naziri cənab Misir Mərdanov ətraflı məruzə ilə çıxış etdi. Konfransdan sonra İnformatika dərslikləri müəlliflərinin Gəncə şəhər orta məktəb informatika müəllimləri ilə görüşü keçirildi. Görüşdə İnformatika fənninin tədrisindəki problemlər müzakirə edildi. Dərslik müəllifləri müəllimlərə dərsliklərdən daha səmərəli istifadə metodikası üzrə tövsiyyələr verdilər.