Baş səhifə » 2011»İyul»1 » “Facebook”un sahibi İT-sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
10:33
“Facebook”un sahibi İT-sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
"Facebook”
sosial şəbəkəsinin yaradıcısı Mark Sukerberqin şəxsi büdcəsi 18 milyard
ABŞ dolları təşkil edib ki, bununla da o, dünya İT-sənayesinin ən
imkanlı insanları siyahısında üçüncü pilləyə yüksəlib. Reytinq
cədvəlində M.Sukerberq yalnız "Microsoft” korporasiyasının yaradıcısı
Bil Qeyts və "Oracle” şirkətinin təsisçisi Larri Ellisondan geridədir.
O, siyahıda "Apple” şirkətinin təsisçisi Stiv Cobs və "Google”un
təsisçiləri Sergey Brin və Larri Peyci kimi milyonçuları geridə qoyub.
NEWSru.com
saytının yazdığına görə, "Facebook” rəhbərinin büdcəsinin hesablanması
sosial şəbəkə səhmlərinin dəyərləndirilməsi əsasında müəyyən edilib.
Şəbəkənin ümumi dəyəri 70 milyard ABŞ dolları məbləğində
qiymətləndirilib. Bəzi analitiklər M.Sukerberqin maddi imkanının
artmasını sosial şəbəkə ətrafındakı ajiotajla əlaqələndirirlər.
Qeyd edək ki, "Facebook”un səhmdarlarından yalnız 6-sı milyonçudur.
Dəyəri milyard dollardan artıq olan səhmlərin sahiblərindən şəbəkənin
təsisçiləri Dastin Moskoviç, Eduardo Saverin və Şon Parkerin, həmçinin
şəbəkənin birinci investoru Piter Til və Mail.ru Group-un yaradıcısı
Yuriy Milnerin adlarını çəkmək olar. (www.ict.az sayti materiallar esasinda)