Baş səhifə » 2012»Aprel»29 » “Beynəlxalq İnformatika Olimpiadaları” kitabının təqdimatı olmuşdur
20:23
“Beynəlxalq İnformatika Olimpiadaları” kitabının təqdimatı olmuşdur
Aprelin 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya
Texnologiyaları İnstitutunda "Beynəlxalq İnformatika Olimpiadaları”
kitabının təqdimatı olmuşdur.
İsmayıl Sadıqovun bu kitabı Beynəlxalq İnformatika Olimpiadalarında
Azərbaycan komandasının rəhbəri Ramin Mahmudzadənin 75 illiyinə ithaf
olunmuşdur. Nəşrin elmi redaktoru İnformasiya Texnologiyaları
İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyevdir.
AzərTAc xəbər verir ki, təqdimat mərasimində Rabitə və informasiya
texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, İnformasiya
Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim
Əliquliyev və digərləri çıxış etmişlər. Bildirilmişdir ki, nəşrdə
beynəlxalq olimpiadaların keçirilməsi qaydaları, ümumiyyətlə olimpiada
məsələlərı işıqlandırılır.
Kitab dörd bölümdən və əlavədən ibarətdir. Sonluqda BİO-da Azərbaycanı
təmsil etmiş məktəblilərin qısa tərcümeyi-halı öz əksini tapmışdır.