Aprelin 5-də təhsil naziri Misir Mərdanov
"Kasperski Laboratoriya” antivirus kompaniyasının baş direktoru Yevgeni
Kasperskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Rəhbərlik
etdiyi qurumun internet təhlükəsizliyi texnologiyaları üzrə
ixtisaslaşdığını qeyd edən "Kasperski Laboratoriya” antivirus
kompaniyasının baş direktoru Yevgeni Kasperski kompüter viruslarına
qarşı lisenziyalı müdafiənin üstünlükləri haqqında fikirlərini
söyləyib. Müxtəlif ölkələrdə həyata keçirdikləri layihələrdən söz açan
qonaq "Kasperski Laboratoriya”nın təqdim etdiyi xidmət növləri barədə
ətraflı məlumat verib və Azərbaycanda ayrı-ayrı dövlət qurumları ilə
əməkdaşlığın yaradılmasında maraqlı olduqlarını vurğulayıb.