Mayın 20-də Vaşinqtonda keçirilən ikinci ABŞ-Azərbaycan informasiya və
kommunikasiya texnologiyaları üzrə forumda Azərbaycanın informasiya
texnologiyaları və kommunikasiya sektorunda biznes imkanları müzakirə
edilib.ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil edilən forumda ABŞ-ın
bu sahə üzrə aparıcı şirkətlərinin başçıları, Birləşmiş Ştatların
iqtisadi nazirliklərinin nümayəndələri, Vaşinqtonda akkreditə olunmuş
diplomatik korpusun əməkdaşları və Dövlət Departamentinin rəsmiləri,
eləcə də yerli media təmsilçiləri iştirak ediblər. (ict.edu.az)