Hörmətli informatika müəllimləri! ALPLogo-2018 proqramlaşdırma olimpiadasına qeydiyyat başlayır. Olimpiadada 5-7 sinif şagirdləri iştirak edə bilər. 2 saat ərzində şagirdlər verilmiş məsələlərin həlli üçün proqam kodları yazmalıdırlar. İstifadə olunan proqramlaşdırma mühiti - ALPLogo. Qediyyatdan burda keçmək olar:
QEYDİYYAT
Hər məktəbdən ən çoxu iki şagird iştirak edə bilər. Biri - 5-6 sinif, ikincisi isə 7-ci sinif şagirdi olmalıdır. İnformatik.az saytında əvvəlki illərin tapşırıqları ilə tanış ola bilərsiniz. Olimpiadanın mayın 13-də keçirilməsi planlaşdırılır. Qeydiyyat mayın 12-ə kimi davam edəcək. |