İnformatika müəllimlərinin nəzərinə!
"ALPLogo-2015" proqramlaşdırma müsabiqəsi aprelin 25 keçiriləcəkdir.
Bölgələrdə qeydiyyatdan keçən şagirdlər evlərinə yaxın mərkəz seçməlidirlər.
Bütün məsələlərin proqram kodları ALPLogo proqramının 3.2 versiyasında yazılıb, icra olunmalıdır.
Bakıda iştirakçılar saat 10-30 Binəqədi rayonu 283 saylı məktəbdə olmalıdırlar. ("Azadlıq prospekti" m/st yanı, avtobus marşrutları - 88, 13, 10, 53, 33)
Hər şagird "ALPLogo-2015" müsabiqəsinə özü ilə noutbuk gətirməlidir (noutbukun akkumulyatoru dolu olmalı, kompüter antivirusla yoxlanılıb, viruslardan azad olmalıdır). ALPLogo 3.2 proqramı kompüterdə olmalıdır.
Tapşırıqların yerinə yetirilməsinə 2 saat vaxt ayrılır. Müsabiqə zamanı mobil telefonlardan, smartfonlardan istifadə etmək olmaz!
Müsabiqə mərkəzlərinə şagirdləri gətirən müəllimlərin nəzərinə! Müsabiqə keçirilən otaqlara girmək, müsabiqə zamanı öz şagirdlərin yanına yaxınlaşmaq qadağandır.
Gəlin müsabiqəni ədalətli və obyektiv keçirək! |