Kod Saatı” 180-dən çox ölkədən milyonlarla tələbənin iştirak etdiyi qlobal bir hərəkatdır. Dekabrın 14-nə qədər davam edəcək bu təşəbbüsün məqsədi bütün dünyada uşaqdan böyüyə hər kəsi İnformatika Təhsili Həftəsi (Computer Science Education Week) çərçivəsində proqramlaşdırmanın əsaslarını öyrənmək və ya öyrətmək üçün bir saat ayırmağa dəvət edir. “Kod Saatı”nda təqdim olunan interaktiv dərsliklər sadə göstərişlərlə müşayiət olunan, əyləncəli tapşırıqlar vasitəsilə informatikanın əsas anlayışlarını öyrədir. İştirakçılar “Angry Birds” və “Plants vs. Zombies” kimi videooyunların qəhrəmanları ilə tapmacaları həll etmək üçün Bill Qeyts və Mark Zukerberqin iştirak etdiyi videomühazirələrdən kod yazmağı öyrənir. Cari ilin çağırışına əsasən təşəbbüsü dəstəkləyənlərin sayı artmaqdadır. Hazırda bütün dünyada 77,311 “Kod Saatı” tədbiri qeydiyyatdan keçirilib. Azərbaycanda isə təşəbbüsə qoşulan müəssisələrin sayı 24-dür. “Kod Saatı” proqramlaşdırma barədə mifləri dağıtmağa, informatikanın “kosmik peyklər haqqında elm” olmadığını, hamının proqramlaşdırmanın əsaslarını öyrənə biləcəyini göstərməyə xidmət edir. Bu gün, texnologiya ilə dolu dünyada şagirdlərin necə baş çıxartmağı öyrənməsinin vacib olduğunu hamımızın bildiyi halda, bir çox müəllimlər informatikanın tədrisi üçün çox da təcrübəli deyillər və nədən başlayacaqlarını bilmirlər. Çində hər bir orta məktəb məzunu informatika dərsi keçir. ABŞ-da məktəblərin 90 faizində bu heç tədris olunmur. 21-ci əsrin tələbləri ilə ayaqlaşmaq vaxtı çatıb. Biz bilirik ki, gələcəkdə seçdikləri sahədən asılı olmayaraq, tibb, biznes, siyasət, hətta incəsənətdə belə informatika bilikləri şagirdlərdə özünə inam yaradacaq və gələcək uğurlarının təməlini qoyacaq”. (ictnews.az materialları əsasında)
|