Bazar ertəsi, 23.12.2024, 01:25
İnformatikanın məktəbdə tədrisi
Baş səhifə Qeydiyyat Giriş
e-mail: informatik-az@mail.ru · RSS
Menyu
Fotoşəkillər
Giriş forması
Sorğu
Müəllim kimi informatika dərslərində tez-tez istifadə edirəm:
Cavabların sayı: 9493
Faydalı keçidlər

  • ict.edu.az
  • ict.az
  • telekommunikasiya.edu.az
  • İnf-math.narod.ru
  • Millibyte.az
  • kayzen.az/blog/informatika
  • alqoritm.ucoz.org
  • mincom.gov.az
  • Facebook-da
    Təqvim
    «  Dekabr 2024  »
    B.e.Ç.a.ÇC.a.CŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Təqdimatlar
    Statistika

    Onlayn: 1
    Ziyarətçilərin sayı: 1
    Qeydiyyatdan keçənlərin sayı: 0


     Azərbaycanda İKT-nin inkişafı

    Azərbaycanda İKT uzun illər Sovetlər İttifaqının analoji sahəsinin tərkib hissəsi olaraq inkişaf etmişdir. Artıq 70-ci illərdə Azərbaycanda elektronika sənayesi formalaşmışdı. Şübhəsiz ki, informatika elminin dünya səviyyəsinə yüksəlişində, cəmiyyətin informasiyalaşması sahəsindəki irəliləyiş və uğurlarda, həmçinin hesablama vasitələri və onların proqram təminatını yaradan alim və mütəxəssislərin xidmətləri böyükdür.

    Mən hesab edirəm ki, hamıya - şagirdlərə, müəllimlərə, tələbələrə və İKT sahəsində çalışan hər bir mütəxəssisə belə, Azərbaycanda hesablama texnikasının və informatika elminin yaranmasında və inkişafında xüsusi xidmətləri olan şəxslər barədə, onların həyat və fəaliyyəti haqqında məlumat almaq çox vacibdir.

    Bu yaxınlarda "AZƏRBAYCANDA İNFORMATİKANIN TƏŞƏKKÜLÜ" adlı kitabın çapdan çıxmasını bu işdə irəliyə doğru atılmış mühüm bir addım hesab etmək olar. Saytın bu bölməsinin açılmasına da elə bu kitab səbəb oldu. Lakin məqsəd bu kitabın səhifələrini internetdə yerləşdirmək deyil, ümumiyyətlə, bu kitabda yer almış və ya yer almamış alimlərimiz, mühəndis və mütəxəssislərimiz haqqında əlavə məlumatlar, maraqlı hadisələr, onlar haqqında iş yoldaşları və tələbələrinin xoş xatirələrini verməkdir. Kitabın ön sözündə akademik Əli Abbasov çox düzgün olaraq qeyd etmişdir ki, "... təəssüf ki, bu şəxslər özlərinin həyat və yaradıcılıqları, fəaliyyətləri barədə xatirələr yazmırlar".

    Amma BU ŞƏXSLƏRİ GƏLƏCƏK NƏSİL TANIMALIDIR!
    Hələlik isə biz hər alim haqqında qısa məlumat vermək istərdik. Bəzi materiallar qeyd olunan kitabdan götürülsə də, bəziləri internet-səhifələrdən, müxtəlif kitab və jurnallardan  əldə edilmişdir.

    Bu şəkli mən 2008-ci ildə Lütfizadənin Azərbaycana tarixi səfəri zamanı, Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında çəkmişəm.



     Şəklin ön planında: Lütfizadə, C.Allahverdiyev və R.Əliquluyev



    Lütfi Ələsgərzadə (Lütfizadə)
    (1921)

    Professor Lütfi Ələsgərzadə və yaxud dünyada Lüfti Zadə adı ilə tanınan 4 Fevral 1921-ci ildə Bakıda, Rəhim Ələsgərzadənin ailəsində anadan olmuşdur.

    O, hələ 9 yaşında ikən Ələsgərzadələr ailəsi Bakını tərk edərək Tehrana köçüblər. Balaca Lütfi o vaxt rusdilli məktəbin üçüncü sinfini bitirmişdi. Tehrana köçdükdən sonra təhsilini amerikalıların Albors missioner məktəbində davam etdirib. L.Zadə müsahibələrindən birində Alborsda oxuyarkən Sovet və Amerika məktəbləri arasında çox böyük fərq gördüyünü söyləyirdi. Bu məktəbdə böyük alim ilk dəfə olaraq Amerika xalqı, Amerika elmi və mədəniyyəti haqqında məlumat əldə edir. Orada elmin inkişafı üçün yaradılmış şərait onu hələ məktəb illərindən Amerikaya çəkir: "Dünyanın bu füsünkar ölkəsi ilə görüşməyə, onun universitetlərində təhsilimi davam etdirməyə can atırdım". Lakin, o, hələlik "arzularının ölkəsi"nə getməyi düşünmürdü. Hələ ilk ali təhsilini də Tehranda almalıydı. Beləliklə, L.Zadə orta təhsilini tamamladıqdan sonra Tehran Universitetinin Elektrik Mühəndisliyi fakültəsinə daxil olur. Böyük alimin Amerika həyatı isə 1944-cü ildən başlayır.

     Zadə Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra Amerika Birləşmiş Ştatları-a gəlir və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirir. 1947-ci ildə valideynlərini də öz yanına gətirən alim artıq bu vaxt Kolumbiya Universitetində çalışırdı. O, 1948-ci ildə Kolumbiya Universitetində elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alır. Həmin vaxt L.Zadə məşhur alim, kibernetikanınNorbert Vinerin tövsiyyəsilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə gəlir. Burada ilk vaxtlar bir qədər çətinlikler çəkən böyük alim sonralar şəraitə uyğunlaşır və bu günə qədər də Berkli Universitetinin professoru olaraq qalır. atası hesab olunan
    Bu gün dünya elminə L.Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. L.Zadəyə dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq(Fuzzy Logic) nəzəriyyəsidir. Aparıcı dünya şirkətlərinə inanılmaz məbləğdə gəlir gətirən bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanıb. Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində Yapon alimlərinin diqqətini cəlb edib və Yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəliblər. L.Zadə nəzəriyyəsinin tətbiqi gündoğan ölkəyə milyardlar qazandırıb.




    Ismayıl Əli oğlu İbrahimov
    (1915)

    İsmayıl İbrahimov 31 dekabr 1915-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir (Azərbaycan Dövlət Neft Akademiyası). 1968-ci ildə AMEA-nın müxbir üzvü, 1980-cı ildə həqiqi üzvü seçilmişdir.

    Fasiləsiz işləyən texnoloji proseslərin və istehsalatların riyazi modelləşdirilməsi və optimal idarə edilməsinin metodoloji əsaslarını yaratmışdır. Neft emalı istehsalatının optimallaşdırılması məsələlərinin faktiki olaraq reallaşdırmaqdan ötrü modellərin struktur və funksional xüsusiyyətlərini nəzərə alan səmərəli hesablama üsulları qurmuşdur.

    İnformasiya qıtlığı şəraitində iritonnajlı etilen istehsalının riyazi modelləri, optimal və operativ idarə edilməsi üsulları təklif olunmuşdur. Determinik və qeyri-səlis şəraitdə işləyən qeyri-stasionar reaktor kompleksinin operativ planlaşdırılmasının və optimal idarə edilməsinin riyazi modellər kompleksini işləyib hazırlamışdır.

    1983-cü ildə İ.Ə.İbrahimov bir qrup alim və mütəxəssislə birlikdə istehsalatın səmərəliliyini yüksəltmək üçün idarəetmə və informasiya sistemlərinin hazırlanması və tətbiqi adlı işinə görə elm və texnika sahəsində SSRİ Dövlət mükafatına layiq görülmüşdür.




    Calal Eyvaz oğlu Allahverdiyev
    (1929)

    Calal Allahverdiyev 1929-cu il sentyabrın 17-də Azərbaycan Respublikasının Şuşa şəhərində anadan olmuşdur. 1946-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakultəsinə daxil olmuşdur. 1951-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirən C.Allahverdiyev Moskva Dövlət Universitetinin  aspiranturasına daxil olmuş və elmi fəaliyyətini akademik M.V.Keldışın rəhbərliyi ilə davam etdirmişdir.

    Əsas elmi nailiyyətləri:
      1. İlk dəfə bir sinif öz-özünə qoşma olmayan və spektral parametrdən polinomial və ya rasional asılı olan operatorlar üçün məxsusi elementlər sisteminin və məxsusi elementlər sisteminin bir hissəsinin tamlığını araşdırmış, tamlıq və bazislik haqqında teoremlər isbat etmişdir;
      2. Xətti operatorların sonlu ölçülü operatorlarla ən yaxşı yaxınlaşması anlayışını vermiş, onun dəqiq ifadəsini tapmışdır və bunu tamam kəsilməz operatorların rezolventalarının qiymətləndirilməsinə tətbiq etmişdir;
      3. Xətti fəzalarda elementlər sisteminin çoxqat tamlığı anlayışını vermiş və buna dair əsaslı teoremlər isbat etmişdir.
      4. Banax və Hilbert fəzalarında spektral parametrdən rasional asılı olan operatorlar üçün məxsusi və qoşma elementlər sisteminin tamlığı, bazisliyi haqqında yeni tip teoremlər isbat etmişdir;
      5. Operatorlarin qapana bilməsi, məhdudluğu, tamam kəsilməz olması üçün (multiplikator terminləri ilə) zəruri və kafi şərtlər tapmışdır;
      6. Operatorların məxsusi ədədlərinin təqribi hesablanmasına aid mühüm nəticələr almışdır;
      7. Banax fəzasında optimal biortoqonal sistemlər anlayışını vermişdir. Bundan əlavə Banax fəzalarında kəsilməz operatorlar sinfi ilə tamam kəsilməz operatorlar sinfi arasında yeni abstrakt xətti operatorlar sinfi olduğunu müəyyən etmiş və onu əsaslı araşdırmışdır. Bu sinfə daxil olan operatorlar üçün operatorların baş ədədləri və baş elementləri anlayışlarını vermiş, baş ədədlər sisteminin öz-özünə qoşma tamam kəsilməz operatorların məxsusi ədədlərinin malik olduğu məlum "mini-maks” xassəsinə malik olduğunu isbat etmişdir;
      8. Determinik sistemlərdə optimal idarəetmə, idarəolunabilmə və müşahidəolunabilmə məsələlərini araşdırmışdır.
      9. Azərbaycanda ilk dəfə stoxastik sistemlərdə idarəetmə,optimal idarəetmə sahəsində işlərə başlamış və bu sahədə bir neçə elmlər namizədi və elmlər doktoru yetişdirmişdir.



    Telman Abbas oğlu Əliyev
    (1935)


    1935-ci il, mayın 12-də Azərbaycanın Goranboy rayonunda anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir.
    1966-ci ildə N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetində V.VSolodovnikovun rhbərliyi altında "Neftayırma proseslərinin korrelyasiya analizi" mövzusunda namizədlik, 1977-ci ildə isə orada "İnformasiya nəzəriyyəsi və texniki kibernetika" ixtisası üzrə "Real vaxt ərzində çoxölçülü təsadüfi proseslərin kodlaşdırıması və sadə hesablama vasitələrinin köməyi ilə korrelyasiya analizi" mövzusunda doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etmişdir.
    T.Əliyev kibernetika və informatika üzrə bir sıra fundamental elmi nəticələrinin müəllifidir. O, stasionar, normal paylanma qanunu və s. bu kimi klassik şərtlər ödənməyən real texnoloji proseslər üçün diaqnostika, proqnozlaşdırma, tanınma, riyazi modelləşdirmə, identifikasiya, idarəetmə məsələlə
    rinin adekvatlığının təmin olunmasının nəzəri əsaslarını, metod və alqoritmləriini təklif etmişdir.
    1983-cü ildə AEA-nın müxbir üzvü, 2001-ci ildə həqiqi üzvü seçilmişdir.Azərbaycan Memarlıq və İnşaat Universitetində "İnformasiya texnologiyaları və sistemləri" kafedrasının müdiri, Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: 1994-ci ildən UNESCO-nun informatika üzrə ekspertləri sırasına daxil edilmişdir.



    Ramin Əlinazim oğlu Mahmudzadə
    (1935)

    Ramin Mahmudzadə 31 avqust 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi Ukraynada bitirmişdir. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1958-ci ildə Leninqrad Dövlət Universitetində təhsilini davam etdirmiş, 1961-ci ildə oranı bitirmişdir.

    1961-ci ildən 1968-ci ilədək Azərbaycan Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsində asisent işləmişdir. 1968-1973-cü illərdə Azərbaycan EA Nəzəri Kimya Problemləri İnstitutundaBakı Dövlət Universitetinə qayıtmış, tətbiqi-riyaziyyat və kibernetika fakültəsində dərs demişdir. Əvvəlcə baş müəllim, namizədlik dissertasiyasını müdafiə etdikdən sonra dosent, kafedra müdiri vəzifəsində işləmişdir. şöbə müdiri olmuşdur. 1973-cü ildə

    1970-ci illərin əvvəllərində respublikada ilk dəfə ilk olaraq 164 sonra 134 saylı orta məktəblərdə proqramçı siniflərinin banisi olmuşdur. 1989-cu ildə Respublikada məktəblərdə kompüterlərin tətbiqi ilə bağlı Ümumittifaq Pilot Layihəsinin başçısı olmuşdur. Respublika üzrə məktəblərarası informatika olimpiadalarının demək olar ki, hamısında jüri sədri olmuşdur. 1989-cu ildən respublikanın informatika üzrə Ümumittifaq olimpiada komandasının rəhbəri, 1994-cü ildən Beynəlxalq olimpiada komandasının rəhbəridir. Ölkədə və dünyanın bir sıra ölkələrində olan bir çox İT şirkətlərdə, banklarda, Tətbiqi riyaziyyat və İqtisadi Kibernetika ixtisası üzrə təhsil almış, Ramin Mahmudzadə məktəbini keçmiş kadrlar işləyirlər. 1999-cu ildən Təhsil Nazirliyinin "İnformasiya Texnologiyaları Təhsildə" Metodiki Şurasının sədridir.

    Fizika-riyaziyyat elmləri namizədi, dosent, məktəblilərdən ibarət informatika üzrə Ümumittifaq və beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri, Bakı "Bilik" Cəmiyyətinin nəzdində "İstehsalatda Riyazi üsullar" İctimai İnstitutunun rektoru (1985 - 1990), Təhsilin İnformasiyalaşdırılması Resurs Mərkəzinin rəhbəri (1999-2003), Focal Point UNESCO-nun Azərbaycanda rəhbəri (2002-2005), Təhsil Nazirliyinin "İnformasiya Texnologiyaları Təhsildə" Metodiki Şurasının sədri, 2005-ci ildə AR Prezidenti tərəfindən Şöhrət Ordeni ilə təltif olunmuşdur.



    Rasim Məhəmməd oğlu Əliquliyev
    (1958)

     
    1979-cu ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Avtomatika və hesablama texnikası” fakültəsini bitirmişdir.
    1979-1986-cı illərdə Azərbaycan Elmlər Akademiyasının (AEA) Kibernetika İnstitutunda işləmiş, 1986-cı ildən AEA Avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsində fəaliyyətini davam etdirmişdir. 1986-1991-ci illərdə "Respublika hesablama mərkəzləri və verilənlərin ötürülməsi şəbəkəsi” layihəsinin baş mühəndisi olmuşdur. 1991-2001-ci illərdə həmin təşkilatın baş mühəndisi vəzifəsində çalışmışdır. 2001-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktorudur.

    "İnformasiya emalı və idarəetmə sistemləri” ixtisası üzrə "Adaptiv marşrutlaşdırma funksiyasını həyata keçirən çoxmikroprosessorlu paketləri kommutasiya mərkəzinin layihələndirilməsi metodlarının işlənməsi” mövzusunda namizədlik dissertasiyası, "Kompyuter şəbəkələrində informasiya təhlükəsizliyinin təmin olunması modelləri və metodları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

    2007-ci ildə "İnformatika” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.

    R.Əliquliyev informasiya texnologiyaları sahəsində bir sıra elmi nəticələr əldə etmişdir. O cümlədən, verilənlərin ötürülməsi şəbəkələrində adaptiv marşrutlaşdırma funksiyasını həyata keçirən çoxmikroprosessorlu paketləri kommutasiya sistemlərinin sintezi metodları və alqoritmlərini işləmişdir. Müxtəlif təyinatlı korporativ informasiya fəzalarının formalaşma xüsusiyyətlərinin araşdırılması, şəbəkə mühitində reallaşdırılması, kontent analizi, ekranlaşdırılması, təhlükəsizliyinin təmin olunması, spamlarla mübarizə aparılması məqsədi ilə bir sıra konseptual yanaşmalar və metodlar təklif etmişdir.

    Alim tərəfindən həmçinin korporativ şəbəkələrin informasiya təhlükəsizliyinin təmin olunmasını həyata keçirən paylanmış strukturlu funksional modullardan ibarət adaptiv sistemlərin sintezi üçün elmi-metodoloji əsaslar, arxitektur prinsiplər işlənilmişdir.

    Kompyuter sistemləri və şəbəkələrinə olan müxtəlif təbiətli təhlükələrlə mübarizə metodları və alqoritmləri işlənilmişdir. Açıq şəbəkə mühitində dəyişən strukturlu virtual xüsusi şəbəkələrin (VXŞ) qurulmasının elmi-nəzəri əsasları işlənilmiş, VXŞ-in paylanmış autentifikasiya sisteminin optimal strukturunun seçilməsini və sıradan çıxmalara dayanıqlığını təmin edən, eyni zamanda, virtual hesablama mühitlərinin və mətn tipli informasiyaların intellektual analizi modelləri və alqoritmləri işlənilmişdir.

    R.Əliquliyev institutun "İnformasiya cəmiyyəti problemləri” şöbəsinin rəhbəridir. İnformasiya cəmiyyəti və e-dövlət quruculuğunun elmi-nəzəri əsaslarının işlənməsi və inkişafı istiqamətində bir sıra mühüm nəticələr əldə etmişdir. O, informasiya cəmiyyəti sahəsində dövlət siyasətinin, bir sıra strateji əhəmiyyətli layihələrin həyata keçirilməsində, İnternetin milli infrastrukturunun formalaşması və inkişafının təmin olunmasında, müasir informasiya texnologiyalarının ölkəmizə transformasiyası və təbliği proseslərində yaxından iştirak edir.

    R.Əliquliyev Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin üzvü, AMEA "Kibernetika, informasiya texnologiyaları və texnika” üzrə Problem Şurasının sədr müavinidir. AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının sədridir.

    "İnformasiya texnologiyaları problemləri” və "İnformasiya cəmiyyəti problemləri” elmi jurnallarının baş redaktorudur.

    Beynəlxalq və ölkə səviyyəsində nəşr olunan bir sıra elmi jurnalların redaksiya heyətinin üzvüdür.

    2004-cü ildən IEEE və ACM beynəlxalq qurumlarının, 2005-ci ildə Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçilmişdir.

    Dünya Azərbaycanlılarının III Qurultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasına üzv seçilmişdir.

    R.Əliquliyev BDU-nun professoru kimi fəaliyyət göstərir, doktorant, dissertant və magistrlərə elmi rəhbərliyi həyata keçirir. R.Əliquliyevin rəhbərliyi altında texnika elmləri üzrə 2 nəfər elmlər doktoru və 18 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Onun təşəbbüsü və rəhbərliyi ilə təhsil sistemində BDU-da "İnformasiya cəmiyyətinin əsasları” adlı kursun tədrisinə dair innovativ layihə həyata keçirilir.

    R.Əliquliyev 300-dən artıq elmi əsərin, o cümlədən 26 kitab və monoqrafiyanın, 5 ixtira və patentin, bir sıra dərs vəsaitinin və elmi-populyar kitabın müəllifidir.

    Copyright İsaNaida © 2024
    PYTHON 3.4
    ALPLogo
    Info-Ko
    Fəxr edirik


    Elan
    Bölmələr
    MÜSABİQƏ
    Azərbaycanda İKT
    Axtarış